Roza Zərgərli : “Mənə dedi ki, soyun…”

Roza Zərgərli : “Mənə dedi ki, soyun…”
Xəbərlər
10.09.2017 165
Son illərin tanınan müğənnisi Roza Zərgərli suallarını cavablandırdı:



- "Məşhur sima”da xoş gördük səni. Musiqi aləmində fasilələrlə
görünsən də, son üç ildəki fəailliyyətinə görə, səni məşhur sima
adlandırmaq olar.


- Beş ildir qayıtmışam, beş ildir ki, fasiləsiz davam edirəm və tanınıram.


- Bütün məşhurların təqdimatı olur. Səni daha çox şou-biznesin varlı xanımlarından biri kimi təqdim edirlər.

- Varlıdan çox, xeyriyyəçi kimi məni təqdim edirlər. Daha çox bu
sözləri özümə deyirlər. Yəqin arxamca varlı kimi qələmə verənlər də var.
Hə, varlıyam, sonra?.. Var deyəndə ki, var-dövlət pulla ölçülmür. Sən
məni çoxdan tanıyırsan. Bilirsən ki, üç manatlıq da, on minlik də geyinə
bilərəm. Məsələn, indi maşınım təmirdədir, ucuz maşında gəzirəm. O
demək deyil ki, mənim pulum var deyə, adi maşında gəzə bilmərəm.
Xeyirxaham, cibimdə axırıncı manatım olsa belə, onu bağışlaya bilərəm.



- Elə sənətçi var ki, hamı onu barmaqla göstərsin deyə yaşayır.

- Bütün incəsənət adamları belədir…


- Sən sənətə gah gəldin, gah getdin… Bəs uzaq qaldığın vaxtlarda nə düşünürdün?


- Getməyim də təsadüf oldu, qayıtmağım da… Şərait elə oldu ki,
qayıtmağa məcbur qaldım. Bir dəfə səs rejissorum məndən musiqiyə
qayıtmağımı istəyib. Dedi niyə oxumursan? Dedim istəmirəm, uşağım var,
həmişə məşğul olduğum biznesim var. Dedi, sən elə düşünmə, həmişə səni
soruşan sevənlərin var. İstəyirdim rejissor kimi fəaliyyət göstərim,
eyni zamanda da biznesimi davam etdirim. Və qayıtdım. Daha musiqidən
getməyə hazırlaşmıram.


- Elə bir vaxtda qayıtdın ki, indi məşhur olmaq çox asandır.


- Yox, mən elə deməzdim. İndi məşhur olmaq çox çətindir. Hərdən
ətrafımda olan işçilərlə oturub bu barədə danışırıq. Hər səhnəyə
qayıdışım fərqli olub. Vaxtilə elə bir kliplə gəlmişdim ki, indi də heç
kim elə cəsarətli ola bilmir. Bu dəfə qayıdanda səs rejissorum dedi,
bəsdir, otur gəl mahnı yazdıraq. Bir il efirə çıxmadım, işlədim. Başqa
müğənni olsaydı, bir mahnı oxuyardı, ona da klip çəkdirib efirə çıxardı.
Mən bir albomu işlədim, albom tamam hazır olunandan sonra təqdim
elədim. O vaxta qədər mahnılarım radiolarda belə efirə getmirdi.



- Əvvəl şou-biznesdə belə sərt qanunlar yox idi. İndi hər şey pulla ölçülür. Pulun varsa, qlamur və nüfuzlu müğənnisən.


- Sənlə razı deyiləm. O vaxtkı müğənnilər indi də var. O vaxt da
qalmaqallar var idi. 3-4 məşhur adlar var idi ki, indi də onların
sırasında adım çəkilir. Hərə də bir yol seçdi. Biri bahalı nəsə təqdim
edir, biri soyunur, bir də qırıq-qırıq hərəsindən bir az edir. Səs
rejissorum dedi ki, üç yol var: soyun, gəl bu cür piar edək;  həqiqi, və
ya quraşdırma qalmaqal edək; ya da bir üslub seç, eyni janrda mahnılar
oxu. Mən nə soyundum, nə qalmaqal elədim. Albomlarıma diqqətlə qulaq
asın, mahnılarımın heç biri bir-birinə bənzəmir. Bu yolu tutdum. Bəlkə
də iki-üç ildən sonra Roza yolu olacaq. Şou-biznesdə heç kim deyə bilməz
ki, onların mükəmməl komandası olub, necə ki, mənim mükəmməl komandam
var. Heç kimin daimi mətbuat katibi, meneceri, prodüsseri yoxdur. Mənim
var, belə də olacaq.



- Sən qalmaqala getməsən də, təbiətində hay-küy, etiraz var. Həmişə qalmaqala hazırsan.


- Mənimlə çox adam qalmaqal etməyə çəkinir. Bilirlər ki, onların
danışıq tərzi, fikirlərini çatdırma bacarığı buna imkan verməyəcək. Bir
xoşbəxtliyi Allah mənə qismət edib ki, mənə tamaşaçı inanır. Uzağa
getməyək. "Facebook”da məni sevənlər ordusu var. Bu gün verilişdəydim,
çəkilişdən sonra Elmlər Akademiyasında işləyən bir xanım deyir, mən sizi
tanıyıram, sosial şəbəkədə sizinlə dostluq edirəm. 



- Sənin maddi imkanın yaxşı olmasaydı, indiki statusda ola biləcəkdin?


- Hə, olacaqdım. Yeri gəlsə, ətrafımda işləyən adamlar o kasıb kimi
görünən müğənnilərdən az qazanır. Biz layihələrə də çoxlu pullar
xərcləmirik. Sadəcə düzgün iş qururuq. Türkiyədə münsif kürsüsündə
əyləşdim, artıq dedi-qodular yayıldı ki, Roza Zərgərli 30 min xərcləyib
ki, münsif üzvü olsun. Lakin yaxınlarım bilirdi ki, bütün bunlar təsadüf
nəticəsində olub. 4 il əvvəl o müsabiqəyə məni yarışmaçı kimi dəvət
etmişdilər getməmişdim.


- O səfərdən sonra sənin Emre Altuğla duet oxuyacağın xəbərləri yayıldı. Nəticə nə oldu?


- Emre Altuğla duet olacaq. Türkiyənin məşhur aktyoru Erol Günaydın
hər ikimzin klipində rol alıb. O rəhmətə gedəndən sonra qərar verdik ki,
sevgi haqqında bir mahnı yazdıraq, Erol Günaydının xatirəsinə həsr
edək. Bu günlərdə aktyorun xatirə gecəsi keçirildi. Mən gedə bilmədim.
Erol bəyin qızı Emre ilə danışdı yəni, yaxın vaxtda gözlənilir.



- Yavaş –yavaş Türkiyənin musiqi səhnəsinə yaxınlaşmış olacaqsan.
- Bu təklif çoxdan olub, imtina etmişəm. Üç əvvəl Türkiyənin məşhur
"Muhteşem Yüzyıl” serialına dəvət aldım. Köməkçim Abbas danışmışdı,
getmədim. Ssenarini də göndərmişdilər, ev ayırıb, hər seriya üçün iki
min avro qonorar verməyə razı idilər. Dedim azdır, artırdılar. İkinci
rol idi, bacılardan biri olmalı idim. Mənə dedilər il yarım Türkiyədə
yaşayacaqsan, bir ay tətildə öz vətəninə qayıda bilərsən. Qızım
Bənövşəni qoyub gedə bilməzdim. Həyat yoldaşım da icazə vermədi.



- Şou-biznesdə önəmli fiqurlar var. Hərə öz səhnə fəaliyyətinə,
obrazına, təbiətinə uyğun bir adla özünü təqdim edir. Sən də sahib
olduqlarını komplektləşdirib, özünə bir adla təqdimat verə bilərsən?

- Özüm-özümə ad qoyum? Mən elə Rozayam da…  Dövlətin verdiyi ad statusu müəyyən edir.



- Özünü necə analiz edərdin?


- Bu meşənin gülü elə özüməm!


Lalə Yusifqızıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!