Ermənilər Ağdam məscidində porno çəkir- DƏHŞƏT FOTO

Ermənilər Ağdam məscidində porno çəkir- DƏHŞƏT FOTO
Xəbərlər
10.09.2017 28
Son aylar Azərbaycan ictimaiyyəti tez-tez hansısa əcnəbi şəxslərin
Respublikamızdan icazə almadan Dağlıq Qarabağa səfərlər etməsi barədə
xəbərlər almağa başlayıb.


Qadınlar.Biz oxu.az-a istinadən xəbər verir ki,
bunlar jurnalistlər, bəzi ölkələrin siyasi xadimləri olublar, sonuncu
dəfə isə KİV və ictimaiyyət italiyalı müğənni Al Banonun Qarabağa
qanunsuz səfərini müzakirə edirdilər.

Bu səfər nəticəsində o,
bizim Xarici İşlər Nazirliyinin "qara siyahısı”na düşdü ki, bu da
müğənniyə italiyalı həmkarları ilə birlikdə Bakıda konsert verməyə mane
olurdu. Lakin Al Bano öz səhvini anladı, üzr istədi, bağışlandı və onun
adı XİN-nin "qara siyahısından” çıxarıldı.

Son illər Qarabağımızı
ziyarət edən əcnəbi şəxslər barədə dəfələrlə xəbərlər oxumuşuq və hər
dəfə ictimaiyyəti Qarabağ münaqişəsi, Azərbaycan Respublikasından icazə
almadan işğal olunmuş torpaqlara səfərlərin arzuolunmazlığı barədə
kifayət qədər məlumatlandırmamağımızı əsas gətirərək, qəzəblənmişik.

Bu
günlərdə biz oxucularımızdan birindən məşhur aktrisa, daha doğrusu,
avstraliyalı pornoaktrisa Xloya Konradın şəklini aldıq. Həmin şəkildə
pornoaktrisa Azərbaycanın işğal olunmuş Ağdam şəhərindəki Ağdam
məscidinin qarşısında dayanıb.

Foto Xloya Konradın "Tvitter” (twitter.com/chloeconradxxx) mikrobloqunda 9 fevral 2012-ci ildə yerləşdirilib.

Əlbəttə
ki, çoxlarınızda sual yaranacaq: bəs nə üçün bu barədə bu gün
yazırsınız? Sizi məşhur pornoaktrisanın Azərbaycanın işğal olunmuş
torpaqlarına səfər etməsi barədə xəbər yerləşdirməyə nə vadar etdi?

Belə
alınıb ki, 2012-ci ildə bizim mətbuat Avstraliya, Avropa və ABŞ-ın bəzi
vətəndaşlarının, o cümlədən də Xloya Konradın müxtəlif ölkələrdən,
Qarabağdan keçən avtomobil turuna qatılması barədə məlumatı diqqətdən
qaçırdıblar, həmin tədbir heç bir yerdə çox işıqlandırılmayıb. Lakin
oxucularımızdan birindən bu şəkli aldıqdan sonra biz başa məqam haqqında
düşündük və yəqin ki, siz də bunu edəcəksiniz...

Bizi bu barədə
yazmağa inciklik hissi vadar etdi. Ona görə inciklik hissi ki, bizim
əzəli torpaqlarımız, Vətənimizin bir parçası olan Qarabağı hansısa
pornoaktrisalar, müxtəlif müğənnilər ziyarət edə bilir, lakin biz,
torpağın əsl sahibləri Vətənimizin bu guşəsinə gedə bilmirik...

Həmin
avstraliyalı pornoaktrisa Xloya Konradın bizim doğma, əziz
Qarabağımızda, Ağdam rayonunda, Ağdam məscidi qarşısında çəkilmiş
şəklini təqdim edir...

 
Ermənilər Ağdam məscidində porno çəkir- DƏHŞƏT FOTO
 
Ermənilər Ağdam məscidində porno çəkir- DƏHŞƏT FOTO
 

 
Ermənilər Ağdam məscidində porno çəkir- DƏHŞƏT FOTO
 
Ermənilər Ağdam məscidində porno çəkir- DƏHŞƏT FOTO
 
Ermənilər Ağdam məscidində porno çəkir- DƏHŞƏT FOTO
 

 
Ermənilər Ağdam məscidində porno çəkir- DƏHŞƏT FOTO
 
Ermənilər Ağdam məscidində porno çəkir- DƏHŞƏT FOTO
 
Ermənilər Ağdam məscidində porno çəkir- DƏHŞƏT FOTO
 

  скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!