Hicablı qadın: “Evdə seksual paltarda gəzmək olar”

Hicablı qadın: “Evdə seksual paltarda gəzmək olar”
Xəbərlər
10.09.2017 167
Kulis.az Rəfiqə Məmmədovanın hicablı xanımla müsahibəsini təqdim edir. Müsahibin xahişini nəzərə alaraq adını açıqlamırıq.

- Neçə vaxtdı hicab bağlayırsız? Necə oldu ki, bu qərara gəldiz? Yəqin ki, ətrafınızdakıların təsiri az da olsa olub.

-
15 ildi. Böyük bacım din adamıydı, namaz qılırdı, hicab bağlamışdı. O,
mənə nümunə oldu. Namaza başlamağımdan 3 il sonra hicaba keçdim. Ona
görə bu qərara gəldim ki, Allah bunu vacibat bilib, belə buyurub. Bu hər
bir qadının borcudu. 5 borcla yanaşı, hicab da əsas vacibatlardan
biridir. Bunu mən demirəm, Quranda belə buyurulub.

- Ailə üzvlərinizin, yoldaşınızın buna münasibəti necə oldu? Ümumiyyətlə yoldaşınız dindardı? Namaz qılır?

- Yox, dindar deyil, namaz da qılmır. Amma fikrimə hörmətlə yanaşdı, yəni etirazla rastlaşmadım.

- Sizə bu qızmar yay günlərində isti olmur ki?

- Əlbəttə isti olmur. Əgər qəlbdə Allah sevgisi varsa, insan qəlbi sərinlik tapar.

-
Deyirsiz ki, hicab vacibatdı, hər bir qadının borcudu. Bəs müsəlman
olmayan kəslər, hicabın vacibliyindən bixəbər olanlar onlar buna görə
məsuliyyət daşıyırlar sizcə? Sadə dildə desək, qeyri-müsəlmana da hicab
taxmamaq günahdı?

- Bəli, günahdı. 3 cildli "Böyük günahlar”
kitabı var. Bu kitabda ağlınıza belə gətirə bilməyəcəyiniz günahlardan
söhbət açılır və günahların arasında hicab taxmamaq da var. Bilirsiz,
qəbrə yalnız əməlinlə girirsən, müsəlman, müsəlman olmayan hicab
taxmayan qadınlar günaha batırlar. O biri dünyada bunun əzabı böyük
olacaq, hələ Quranı oxuyub bundan agah olan və əməl etməyənlər isə lap
böyük günaha batırlar.

- Çadraya münasibətiniz necədi? Çadraya keçmək fikriniz yoxdu ki?

- Yaxşı, əla. Mən istəyirdim, amma yoldaşım razı olmadı.

-
Sizə elə gəlmir ki, qısa ətək geyinən qızdan çox çadralı xanımlar
diqqət mərkəzində olur? Açıq-saçıq geyinən xanımlara baxılmadığı qədər
çadralı xanımlara diqqət yetirilir.

- Bilirsiz, o çadranı
bağlayan xanıma maraqlı deyil bəndələr ona baxır ya yox, ona maraqlı
deyil bəndələr nə fikirləşir. Allahı sevən insanın gözündə dünya
alçalır. Əsl dindar üçün birinci növbə Allah sevgisidi.

- Dar şalvarlı, qısa köynəkli hicablılara tez-tez rast gəlirəm. Bu normaldı? Yəni başda hicab varsa kifayətdi?

- Yox, yox. Qətiyyən. Hicabı elə bağlamalısan ki, nəzəri cəlb etməsin. Bədən üzvləri, gözəllik hamısı gizlədilməlidi.

-
Siz düşünmürsüz ki, bununla qadınlara verilən ən güclü silahı
əllərindən alırsız? Gözəlliyi gizlətmək nəyə gərəkdi axı? Haqsızlıq
deyil bu?

- Yox, yox. Qadın yalnız ərinə gözəl olmalıdı.
Digərləri naməhrəmdi, sənin gözəlliyini görməməlidi, günahdı. Xanım
Fatimeyi-Zəhra üzünü heç kimə göstərmirmiş, hamıyla qapının arxasından
danışırmış, biz ondan nümunə götürməliyik.

- Bəzən küçədə
azyaşlı qız uşaqlarında hicab görürəm, 7-8 yaşlarında uşaqlarında. Əgər
səhv eləmirəmsə, əslində hicab 9 yaşdan sonra taxılmalıdı. Elədi?

-
Bəli, bizə buyurulub ki, 9 yaşından sonra hicaba keçmək, namaz qılmaq
lazımdı. Amma bunun zərəri yoxdu. Uşaqlıqdan bağlamaq daha yaxşı.

-
Deyəsən sualımı tam anlamadız. Demək istədiyim budur ki, 7 yaşında heç
nəyi dərk etməyən bir uşağa hicab bağlanması, namaza öyrədilməsi nə
dərəcədə düzgündü? O böyüyəndə bunları kor-koranə qəbul etməkdən imtina
edə bilər və edir də. Bəs bunun günahı?

- Övladı tərbiyə etməyə
uşaqlıqdan başlamaq lazımdı. O hələ heç nə qanmamış onu namaza, hicaba
öyrətmək lazımdı ki, həyatı dərk edəndə elə bilsin ki, belə də lazımdı.
Yoxsa onu mühitin təsirindən qorumaq çətin olar. Günahsa təbii ki,
valideynə yazılmır. O övladını düz yola çəkməyə çalışıb, həyatı dərk
edən uşaq bunlardan imtina edirsə, təbii ki, öz günahıdı.

-
Nigahsız kəbinə münasibətiniz necədi? Yəqin sizə də dağılan ailələr,
sahibsiz uşaqlar, ortada qalan qadınlar və s. kimi kəbin fəsadları
məlumdu.

- Bilirsiz, ailəni qoyub getmək istəyən kişi zatən
gedəcək burda kəbin nə eləsin, "zaqs” nə eləsin? Bu bəhanədi, amma biz
öz övladlarımızı nişanlayanda, artıq onları kəbinə göndəririk çünki
kəbin vacibatdı. Bu məsələlərdə xanımların da günahı ən az kişilərinki
qədərdi.

- Siz hicablı xanımsız, yoldaşınızla küçədə gedəndə o
cazibədar geyinən, daha seksual bir xanıma baxanda hansı hissləri
yaşayırsız? Ona haqq verirsiz?

- Müəyyən dərəcədə hə. Amma çöldə
hicabla gəzmək evdə yoldaşının önündə seksual paltarda, xoş görünüşdə
çıxmağına əngəl törətmir. Bu olmalıdı, amma bunu yalnız sənin yoldaşın
görməlidi.

- Bəs bir kişinin bir neçə xanımla kəbininə münasibətiniz necədi? Elə öz yoldaşınızı götürək.

-
Çox normal. Mən yoldaşıma deyirəm ki, zina etmə, istədiyin bir xanımla
kəbin kəs və mən Allahın buyuruğuyla onunla mehriban keçinərəm. Quranda
buyurulub ki, bir kişi 3 xanımla kəbin kəsə bilər. Bilirsiz, bu onların
tələbatıyla bağlıdı və anlayışla qarşılayıram.

- Bu nə dərəcədə realdı?

- Realdı inanın mənə. Mənim tanıdığım hacılar var ki, toya 3 arvadıyla gəlir, onlar da öz aralarında çox gözəl anlaşırlar.

- Söhbətlərinizdən belə başa düşdüm ki, cəhənnəm varsa, mən orda yanmalıyam.

- Əlbəttə var.

- Necə yerdi ora? Çox isti?

- Hə, istidi. Orda zəqqum ağacı var. Meyvələri zəhər və acı dadır və yalnız cəhənnəmdəkilərə nəsib olur.

- Orda qaynar qazanlar var?

- Bəli. Orda ocaqlar da var, hər kəsin ölçüsünə uyğun alovlu qazanlar da.

- Suallarımı cavablandırdığınıza görə minnətdaram.

- Xoşdu. Allah amanında. Allah yolundan azmayın heç vaxt.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!