Lalə Məmmədova ərinin ona xəyanətindən danışıb - QALMAQAL

Lalə Məmmədova  ərinin ona xəyanətindən danışıb - QALMAQAL
Xəbərlər
10.09.2017 43
Ana olmağa hazırlaşan əməkdar artist Lalə Məmmədova boşanma xəbərindən danışıb. Qadınlar.Biz`in lent.az-a  istinadən verdiyi xəbərə görə, Lalə Məmmədova "Lider” telekanalının "Pərdə” verilişinə həyat yoldaşı barədə şok faktlar açıqlayıb.
 
8 aylıq hamilə sənətçi həyat yoldaşının ona xəyanət etdiyini deyib: ”Qadın müdrikdir. Xəyanəti  keçməyi də bacarar. Mən də bağışladım. Məhz övladımın xətrinə. Xəyanət edən kişi üçün əgər duz çörəyin əhəmiyyəti yoxdursa,  bir dəfə onu bağışlamaqla heç nə düzəlməz. Buna əmin ola bilərsiniz ki, o dəfələrlə sizə xəyanət edəcək. Barmaqlarınızı dişləyin, ac-susuz qalın, amma o insana dönməyin”.
 
İfaçı onu da əlavə edib ki, yoldaşı və övladı arasında seçimlə üz-üzə qalıb. Lakin o, övladını dünyaya gətirəcəyini deyərək, övladını seçib: "Bir anlıq qərarsız idim. Seçimi etdim. Övladımı dünyaya gətirəcəyəm. Günaha bata bilmərəm".
 
Lalə onu da deyib ki, hazırda yalnız gələcək barədə düşünmək istəyir:"Hər şey gözəldir və həyat öz axarı ilə davam edir. Mən inanıram ki, qaranlıq döngənin sonunda məni işıq gözləyir”.
 
Müğənni sonda bu sözləri əlavə edib: "Əgər qadın doğurdan da kişini yanında saxlamaq istəyirsə, bacaracaq. Əgər qadına o kişi lazım deyilsə, onda heç cəhd də etməyəcək. Övladım dünyaya gəlsin, ondan sonra ailəmin davam edib-etməyəcəyi barədə düşünərəm. Sona qədər  mahnılarımla məni  sevənlərin hüzurundayam.”скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!