Natəvan: “Aygün Kazımova məni özü ilə səhv salmasın”

Natəvan: “Aygün Kazımova məni özü ilə səhv salmasın”
Xəbərlər
10.09.2017 17
Natavan və Aygün Kazımova arasında soyuq müharibə davam edir
Öz İnstagram səhifəsində artıq bütün söz-söhbətlərə son vermək istəyən Aygün Kazımovaya Natavandan yeni açıqlama gəlib.
Olanlara münasibətini bildirmək üçün show.az saytına açıqlama verən müğənni xəbərdarlıq edib.
"İlk öncə demək istəyirəm ki, öz tamaşaçısını, xalqını düşünən müğənni bu cür cılız söhbətləri özü başlamamalıdır.
Onun özünün yaratdığı və ucuz adlandırdığı piar, görünür, özünə lazımıymış və nə qədər gülməli görünsə də, bu, onun öz əleyhinə işlədi.
Aygünün mənim haqqında yazdıqları,"erməni”, "Karpetyan” adlandırmağı, "pasportumun dəyişilməsi”, "erməni lobbisi”nin guya mənə olan "dəstəyi” kimi sözləri bir gündən sonra İnstagram səhifəsindən silməyi və "Mən daha qalmaqal etməyəcəm” deməsi o demək deyil ki, mən olanları unudub hər şeyi bağışlayacam.
Məni özü ilə səhv salmasın, mənim milliyətimi, ailəmi, Azərbaycan Respublikasının hüqüq və mühafizə orqanlarının fəaliyyətini şübhə altına alan birinə bu səhvi heç vaxt keçmərəm.
O bilsin ki, dediyi "Son” mənim üçün başlanğıcdır.
Bir daha yadına salıram, mənə atdığın şər, böhtan və ittihamı mənə və Azərbaycan xalqına sübut etməyini gözləyirəm”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!