Günel Hümbətova Günay İbrahimlini şantaj etdi...

Günel Hümbətova Günay İbrahimlini şantaj etdi...
Xəbərlər
10.09.2017 14
"Space” telekanalında yayımlanan "Star Panorama” verilişində müğənni Günay İbrahimlinin aparıcı Günel Hümbətova haqda dediyi sözlər qarşı tərəfi qəzəbləndirib.



Qadınlar.biz xəbər verir ki, onunla heç vaxt rəfiqə olmadığını və danışıqlarına əhəmiyyət vermədiyini söyləyən Günayın bu fikirlərindən sonra G.Hümbətova müğənniyə sosial şəbəkə vasitəsilə cavab verib:



"Günay İbrahimli, bəsdir özünü mənimlə reklam edib müsahibələr verdin. Bir də mənim adımı çəksən, camaata elə bir faktı açıqlayacağam ki, bundan sonra yüz il də oxusan, özünə gələ bilməyəcəksən. Bu, axırıncı xəbərdarlığımdır! Yer üzündə sənin kimi nanəcib, yaxşılıq bilməyən ikinci məxluq yoxdur. Adımı çəkmə, peşman olarsan. Bir də ki, 4 il qarşını kəsən adama niyə yaltaqlanmısan?! Niyə görüşüb çörək kəsmisən, ay məxluq?! Deməli, ikiüzlüsən. Mənim hər şeyə sübutum var. Çox qurdlu qızsan. Arxivdə materiallar var. Həmişə səni verilişlərimə çəkib, qonaq çağırıb ağız dolusu tərifləmişəm. Buna quyu qazmaq deyirsən?!”
 

Günel Hümbətova Günay İbrahimlini şantaj etdi...
 
Günel Hümbətova Günay İbrahimlini şantaj etdi...
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!