Gülyaz Teymur Əmrahın sevgi etirafına cavab verdi

Gülyaz Teymur Əmrahın sevgi etirafına cavab verdi
Xəbərlər
10.09.2017 30
 Əməkdar artist Gülyaz Məmmədova həmkarı Teymur Əmrahın ona evlilik təklifindən söz açıb.



Qadınlar.biz-in məlumatına görə, müğənni "Pərdə” verilişinə açıqlamasında T. Əmrahdan sevgi etirafı aldığını deyib:



"Mənə sevgisini etiraf etmişdi. Mən Teymur Əmrahı çox istəyirəm, sənət dostu, bacı kimi. Teymur gözəl sənətkar, pedaqoqdur. O özü də məni başa düşür. Həmişə məni çox istəsin. Biz bacı-qardaşıq. Teymur deyir, heç olmasa, sənin xasiyyətli qızla evlənmək istəyərəm. Kaş o da mənim xasiyətli bir xanımla ailə qursun. Mən tənha deyiləm, həyatımdan razıyam. Nə qədər sevilirəm, onu Tanrı bilir”.



Bacısı Gülyanaq Məmmədovadan danışan əməkdar artist onunla hər zaman yola getdiklərini deyib:



"Gülyanaq mənim bacımdır. Aramızda xırda mübahisələr olur, amma bunlar öz aramızdadır, hər zaman mehribanıq. Çıxıb efirdə bir-birinin arxasınca danışan bacıları başa düşmürəm. Heç cür qəbul edə builmirəm bunları”.



"Oğlunuzu evləndirmək istəyirsinizmi” sualına isə Gülyaz Məmmədova belə cavab verib:



"Oğlum hazırda oxuyur. Özü üçün maraqlı sahə seçib: estrada ifaçısıdır. Ona dəstək oluram. Əgər evlənmək istəyərsə, buna sevinərəm. Gəlinim isə müğənni olsa, qarşı çıxmaram. O sevinər ki, arxasında mən dayanacağam”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!