18 yaşlı qız: “Bizi atamın gözü qarşısında zorladılar…”

18 yaşlı qız: “Bizi atamın gözü qarşısında zorladılar…”
Xəbərlər
10.09.2017 37

18 yaşlı qız: "Bizi atamın və qardaşlarımın gözü qarşısında zorladılar…”


 
Suriyadan gələn xəbərlərdə Bəşər Əsəd tərəfdarlarının törətdikləri vəhşiliklərin hər an daha da dəhşətli hal aldığı bildirilir.
 
 
ANS PRESS-in Suriya mətbuatına istinadən verdiyi məlumata görə, Bəşər
Əsadın silahlı əsgərləri bir ailəyə hücum edərək, görünməmiş vəhşilik
törədiblər.
Verilən məlumatda bildirilir ki, silahlılar ailənin 3 oğlunu
analarının və 2 bacısının gözü qarşısında əvvəlcə döyüblər. Daha sonra,
silahlılar 8, 12 və 18 yaşlı qardaşları tikə-tikə doğrayıblar. Onlara
etiraz edən yaşlı atanı və ananı da döydükdən sonra qızları lüt
soyundurublar. Silahlılar 15 və 21 yaşlı qızları kütləvi şəkildə
zorlayıblar. Hətta atanı da qızları ilə cinsi əlaqəyə girməyə məcbur
ediblər. Kişi bundan imtina etdikdə isə onu da bıçaqla hissələrə
parçalayıblar.
Bundan da kifayətlənməyən silahlılar, yaşlı qadını övladlarının
qanında üzməyə vadar ediblər. Qadını sürüyüb qanla dolu evin içində yerə
yıxan silahlılar, qanın içində çapalayan ananın gözü qarşısında 15
yaşlı qızı zorlayaraq öldürüblər.
 
 
"Çox dəhşətli mənzərə idi. Qardaşlarımı öldürdülər. Atamı da
tikə-tikə doğradılar. Anamı əzizlərinin qanı içində üzməyə məcbur
etdilər. Bacımı və məni onların gözü qarşısında zorladılar. Bacımı
öldürdülər. Onlar gedəndən sonra, istədim anamı yerdən qaldırım. Amma
bacarmadım. Çünki anamın ağlı başından çıxmışdı. Anam dəli olmuşdu”, -
deyə silahlılar tərəfindən zorlanan 21 yaşlı qız başına gələnləri
bildirib.
 
 
Qeyd edək ki, Bəşər Əsədin tərəfdarı olmadığı üçün silahlıları ailənin başına belə müsibət gətirib. 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!