Cavan gəlin:“Məni döşəmənin üstündə zorladı”

Cavan gəlin:“Məni döşəmənin üstündə zorladı”
Xəbərlər
10.09.2017 26
 "Məni döşəmənin üstündə zorladı” - Əri xərçəngdən ölən qadının tükürpərdici hekayəti

 
Səlimlə
evliliyimiz təsadüf deyildi. Bir-birimizi sevmişdik. İki il nişanlı
olmuşduq. Mən Tibb Universitetini bitirəndən sonra çox gözəl, təmtəraqlı
toyumuz olmuşdu. Toydan birbaşa Səlimin atasının bizim üçün aldığı evə
getmişdik. Evi ilk gördüyümdə heyrətə gəlmişdim. O qədər gözəl, zövqlə
təmir olunub, bəzədilmişdi ki...
 
Gözəl günlərimiz başladı. Bir sözümü iki etmirdi Səlim. Ali təhsilimi
bitirəndən sonra şəhərdəki tanınmış xəstəxanalardan birinə işə düzəltdi
məni. Yeddi ilə yaxın ailəli olduq. Ancaq övladımız olmadı. Xəstəxanaya
yanıma gətirilən körpələrin hər birinə öz övladım kimi baxırdım, hər
birini bağrıma basanda qoxularını sinəmə çəkir, özümünmüş kimi sevirdim.
 
Bu hal məni daha çox narahat edirdi, nəinki Səlimi. Bu mövzuda
danışmağa belə qoymurdu, fikrimi dağıtmağa, mümkün qədər xoşbəxt etməyə
çalışırdı.
 
Tam altı ili beləcə yaşadıq. Günümüz deyib-gülüb əylənməkdə,
gəzməklərdə, səyahətlərdə keçdi. Ancaq hər şey birdən-birə dəyişdi. Son
zamanlar onun evdən soyuduğunu hiss edirdim. Heç nəyin üstündə,
səbəbli-səbəbsiz məni döyməyə, təhqir etməyə başlamışdı. Get-gedə
münasibətlərimiz dözülməz həddə çatdı. Onun həyatında başqasının
olmasından şübhələnirdim. Amma sübutum yox idi.
 
Həmişə işdən çıxanda dalımca gəlib məni evə özü gətirərdi. Amma son vaxtlar gəlmirdi. İşdən çıxıb marşrutla gəlirdim evə.
 
Həmin gün də işdən gəlib təzəcə rahatlandımışdım ki, Səlim də gəldi.
Özgə adamlar kimi süfrə başında oturub şam etdik. Heç birimiz
danışmırdıq. Aramızadakı bağlar öz-özündən qırılıb-tökülürdü. Süfrəni
yığışdırıb otağa keçdim, televizoru açıb divanda oturdum. Səlim otağa
girib qol saatını da, telefonunu da stolun üstünə qoydu.
 
- Hamama girirəm.
 
- ....
 
On-on beş dəqiqə keçmişdi ki, Səlimin telefonuna mesaj gəldi. Az
keçmədi ki, ikinci dəfə də mesaj gəldi, özümü saxlaya bilmədim, telefonu
açıb mesajı oxudum. Mesaj Lala adlı dostdan gəlmişdi. Sevgi mesajı idi.
Səlimi səbrsizliklə gözlədiyini yazırdı. Məsələ məlum idi. Mənim
şübhələrim boş yerə deyilmiş.
 
Səlim hamamdan çıxıb mətbəxə keçdi, özünə çay süzdü. Sonra yataq
otağına keçib qapını örtdü. Sakit-sakit onun hərəkətlərini izləyirdim.
Ancaq özümü elə aparırdım ki, guya heç onu görmürəm.
 
Dəhlizdə qurdalandığını duyurdum, ancaq dönüb baxmırdım. Görünür,
mənimlə göz-gözə gəlmək istəyirdi deyə, ləngiyirdi. Bu vəziyyət
uzanmasın deyə, dəhlizə boylandım.
 
- Mən getdim...gəl qapını bağla, gecə gəlməyəcəm...
 
 
Əvvəlki vaxtlar olsaydı, kim bilir bunu necə qarşılayardım, ancaq
indi sakitcə, evin qulluqçusuyammış kimi qapını bağlayıb otağa keçdim.
 
Artıq vəziyyət hər ikimizin ailəsinə bəlli idi. Qayınanam heç nəyə
baxmayaraq, oğlunu müdafiə edirdi. Son məqamda söz tapmayıb: "O kişidir,
ona hər şey  olar,” – deyirdi. Hər gün daha da pis olurdu. Biz artıq
bir evdə yaşaya bilmirdik.
 
İki gün sonra evə gələn Səlim ayaq üstə güclə dururdu. Özümdən ixtiyarsız soruşdum:
 
- Bu nə haldı, Səlim? Ayaq üstə dura bilmirsən ki...
 
- Sənə nə...sən kimsən?
 
Və nə düşündüsə, sifətimə solaxay bir şillə tutuzdurdu. Artıq dözə
bilmirdim. Yataq otağına keçib qapını arxadan bağladım. Səlim dalımca
gəlib qapını yumruqlamağa başladı. Bacardığım qədər cavab vermədim,
ancaq səs-küyün qonşuları narahat edəcəyini görüb, qapını açdım. Elə
bunu gözləyirmiş kimi üstümə şığıdı, vəhşi kimi döyüb, sonra da
döşəmənin üstündəcə zorladı...
 
Bu, son idi. Daha artığına dözə bilməzdim. Səhərə qədər gözümə yuxu
getmədi, ağlamaqdan üz-gözüm şişmişdi. Səhər heç nə olmamış kimi nahar
edib işə getdi. Səlim evdən çıxan kimi, atam evindən gətirdiyim, özüm
aldığım pal-paltarımı, əşyalarımı yığıb-yığışdırdım. Taksi çağırıb
Səlimin anasıgilə getdim.
 
Qapını qayınanam açdı. Məni görəndə diksindi:
 
- Nə olub?
 
- Bunu Səlimə verərsiniz, - deyib evin açarlarını ona uzatdım.
 
- Sən hara gedirsən?
 
- Hardan gəlmişəm ora...
 
Cavab gözləmədən pilləkənləri yüyürə-yüyürə aşağı düşdüm. Taksi aşağıda gözləyirdi...
 
Ailəm gec-tez mənim evə dönəcəyimi bilirdi. Söz-söhbətin
ucundan-qulağından bilridilər deyə, ailəmin dağılacağını təxmin
etmişdilər.
 
Günlər elə tez keçirdi. Elə bil evdən çıxıdğım gün dünən idi. Hansı
ki, artıq bizim ayrılmağımız rəsmiləşmişdi. Səlimdən boşandım. Məhkəmədə
üz-üzə gələndə Səlimin gözlərinə baxa bilmədim. O qədər yazıq, aciz və
çarəsiz görünürdü. Buna rəğmən, verdiyim qərardan peşman deyildim.
 
İki il keçdi. İşə-evə rejimi ilə həyat davam edirdi. Bu iki ildə
Səlim məni bir gün də gözündən qoymamışdı. Hər gün işdən çıxanda
xəstəxananın tinində maşında oturub məni izləməsini, marşrut avtobusdan
düşəndən evimizə çatana qədər asta-asta maşınla dalımca gəlməsini
bilirdim, lakin özümü bilməməzliyə qoyur, guya heş nə başa düşmürdüm.
Ancaq bir neçə dəfə xəstəxanaya gəlib mənimlə danışmaq istəmişdisə də,
reaksiyam çox kəskin olmuşdu. O da məni rahat buraxmayacağını, məndən bu
olanların qisasını alacağını demişdi.
 
İki il sonra xalam qızının toyunda gəlinin iş yoldaşının məndən xoşu
gəlir. Kollektivdə özünə görə hörməti olan bu savadlı və intellektli
cavan mənə vurulduğunu bildirəndə, xalam qızı olanları ona danışır.
Mənim subay qız deyil, dul qadın olduğumu bildirir. O, isə bunu
eşidəndən sonra da qərarından dönmədi. Ailəm bunu biləndə qarşı çıxdı,
çünki Umut Türkiyə türkü idi və mənimlə evlənəndən sonra vətəninə
dönməyi düşünürdü. Xalam qızının verdiyi xarakteristikaya və öz
müşahidələrimə əsaslanıb, ailəmə qarşı çıxdım. Bütün təzyiqlərə
baxmayaraq, Umutla evləndim. 
 
Bu müddətdə Səlimdən yalnız bircə dəfə xəbər oldu. Bal ayından
dönəndən sonra xəstəxananın qarşısında məni gözləyirdi. Dalımca sürücü
gəlmişdi deyə, çıxan kimi maşına oturmaq istədim. Səlim irəli gəlib mənə
mane oldu. Danışmaq istədiyini bildirdi. Mən də hər şeyin bitdiyini,
artıq ərə gedib, ailə qurduğumu bildirdim. Səlim eşitdiklərindən dəliyə
döndü. Hətta gözü necə döndüsə məni vurmaq istədi. Nə düşündüsə əlini
havada yumruqlayıb aşağı saldı.
 
- Başqasının arvadına əl qaldırmaq
sizin kimi centlemenə yaraşmaz, cənab, - deyib maşına oturdum. Mənə elə
gəldi ki, Səlim mənim ərə getdiyimi eşidib, inanmayıbmış. Öz dilimdən
eşidib əmin olmaq istəyib.
 
Bu hadisədən sonra anası zəng edib anama dişinin dibindən çıxanı
dedi. Deyib ki, oğlumun başına gələnlərdə qızın günahkardır, oğlumu o
bədbəxt etdi. Anam onun dediklərinə cavab verməmişdi, "olan olub,
danışmağın nə mənası” – dedi.
 
Bir il sonra biz Türkiyəyə köçdük. Hər şey əla idi. Umut məni xoşbəxt
etmək üçün əlindən gələni əsirgəmirdi. Ailəsi də çox müasir düşüncəli,
anlayışlı idi. Məni elə qarşılamışdılar ki, elə bil yüz ildir
tanıyırlar. Anası deyirdi, təki oğlum xoşbəxt olsun, ona xoş, bizə də
xoş...
 
Daha bir il keçdi. Biz yay tətilində Bakıya gəldik. Yayı burda
qalacaqdıq. Vətəndən, ailəmdən ötrü burnumun ucu göynəyirdi, eyni
zamanda da, acı xatirələrə dalmaqdan qorxurdum, istəmirdim olanları
xatırlayım.
 
Mobil telefon nömrəmi dəyişmişdim, Səlim  məni tapmaq üçün ancaq ev
telefonuna zəng edə bilərdi. Təbii ki, Bakıda olduğumu  bilsəydi.
Gələndən heç hara getməmişdim deyə, arxayın idim ki, zənglərdən heç biri
onun olmaz. Odur ki, telefon zəng çalanda tərəddüd etmədən götürdüm.
Onun səsini eşidən kimi, dəstəyi üstünə qoyub, telefonu xətdən ayırdım.
 
Bir həftə sonra məni telefona çağırdılar, dəstəyi anam götürmüşdü.
Kim olduğunu bilmədiyini dedi. Xəttin o başından gələn səsi o dəqiqə
tanıdım, keçmiş qayınanam idi.
 
- Səlim öldü, gəl...
 
- Necə yəni öldü?
 
- Hə...öldü, xərçəng imiş, ağciyər
xərçəngi. Heç kimə bildirməyib, sənə etdiklərini də özünü sənin gözündən
salmaq üçün edibmiş ki, sən əziyyət çəkməyəsən, xoşbəxt ola biləsən...
xahiş etdi ki, onu bağışlayasan...
 
Eşitdiklərimdən şok oldum, çox təsir etdi mənə, ancaq bir insan kimi, bir kişi kimi Səlim çoxdan ölmüşdü..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!