Bacısını avtobus sürücüsünün qucağında gördü…

Bacısını avtobus sürücüsünün qucağında gördü…
Xəbərlər
10.09.2017 18
Ərzrurumda 32 yaşlı Umut K, evli olan mikroavtobus sürücüsü Maruf A. ilə
öpüşərkən gördüyü bacısını ov tüfəngi ilə vuraraq öldürüb
Hadisə
Qarayazı mahalında baş verib. Eyni mahalda yaşayan və sürücü işləyən
Maruf A., Umutu ailəsi ilə birgə Karaçobana rayonuna aparıb. Axşam
ailəni Karaçobandan alaraq təkrar evlərinə gətirən Maruf, həddindən
artıq yağış yağınca Nurettin K-nın təklifi ilə onların evlərində gecəni
keçirib. Səhər ailə ilə birlikdə nahar edən Maruf, evin yanındakı çayda
avtobusunun yuyarkən Nurettin K-nın həyat yoldaşı ilə birlikdə
qonşularına getdiyini görüb. Maruf cütlüyün qızları Həvva K-nın yanına
gedib. Öpüşməyə başlayan ikilini evdə olan qardaşı Umut görüb. Bacısını
evli olan Maruf ilə öpüşərkən görən Umut K. hirsindən dəliyə dönüb. Ov
tüfəngini alan Umut, ilk əvvəl qaçmağa çalışan Marufa atəş açıb, ancaq
vura bilməyib. Otların arxasına gizlənən Həvvanı tapan Umut ov tüfəngi
ilə bacısının başına atəş açıb. Hadisə yerinə gələn polis Umut K-nı həbs
edib. İfadəsində bacısını evlərində sürüçü ilə qucaqlaşaraq öpüşdüyünü
gördüyü üçün öldürdüyünü bildirib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!