Rəqqasə Oksana üçün ideal kişi

Rəqqasə Oksana üçün ideal kişi
Xəbərlər
10.09.2017 20
"Mənim üçün o kişi idealdır ki, o qadınına hörmətlə yanaşır, öz
fiziki gücünə güvənib ona  qarşı zorakılıq etmir. Ola bilsin ki, həmin
kişi yaraşıq baxımından qüsursuzdur, amma qadınına hörmət qoymursa, o
mənim üçün ideal deyil”. Oksana Rəsulova deyib. O hesab edir ki, ideal kişinin əlindən
hər iş gəlməlidir. Bundan əlavə həm də :"O, hər vəziyyətdə qadınını
müdafiə etməyi bacarmalıdır. Onun maddi və mənəvi ehtiyaclarını
qarşılamağa hazır olmalıdır. Bir sözlə, xanımını xanım kimi
saxlamalıdır”.
Kişilərdə hər şeydən əvvəl xarici görünüşə əhəmiyyət verdiyini deyən
rəqqasə eyni zamanda bildirir: "Təbii ki, ilk baxışda kişinin xarici
gözəlliyi cəlb edir insanı, amma fikir verirsən ki, görüm bu danışmağa
başlayandan sonra da o gözəllik qalacaq?”.
Rəqqasə digər millətlərlə müqayisədə Azərbaycan kişisinin daha mərd
olduğunu düşünür: "Son dövrlər bəziləri kişilikdən kənar hərəkət etsələr
də, amma ümumi götürəndə məncə Azərbaycan kişisi digər xalqların
kişiləri ilə müqayisədə daha mərd, daha qədirbiləndir. Çox uzağa
getmədən belə kişilərə öz atamı, əmilərimi, dayımı misal çəkə bilərəm.
Azərbaycan kişisi çalışır ki, axşam evə əliboş qayıtmasın. Buna görə də
bir çox kişilərimiz pul qazanmaq üçün hətta xarici ölkələrə də gedirlər.
Onların tək məqsədi evə pul gətirmək, ailələrini daha yaxşı
yaşatmaqdır”.
Qadınların kişilərə nisbətən, qarşı tərəfə daha çox diqqət
yetirdiyini düşünən rəqqasə evlilikdən sonra ailədaxili problemlərin
yaranmasında əsas günahı kişilərdə görür: "Qadında kişiyə qarşı diqqət
heç vaxt itmir: o, kişinin yeməyini bişirir, səliqəli görünməsi üçün
onun paltarlarını ütüləyir. Qadın həmişə kişini sevindirəcək nəisə bir
jest etməyə çalışır. Amma kişilərdə bu diqqət getdikcə azalır, buna görə
də ailədə bir çox problemlər yaranır. Qadın bu zaman düşünür ki, axı,
mənim sevdiyim insan əvvəl belə deyildi. Axı, o niyə dəyişib? Kişinin
ayda bir dəfə qadınına gül bağışlaması onu bilirsiniz nə qədər xoşbəxt
edir? Bu böyük maddiyyat da tələb etmir axı, bir dənə gül nədir ki?!”
Oksana xanım deyir ki, bunun səbəbi sadəcə bizim kişilərin qadınlara
qarşı incəlik etməyi özlərinə yaraşdırmamasındadır: "Ən adi bir etik
norma deyim sizə: evlənməzdən öncə kişi qadının maşından düşməsi üçün
ona qapını açır, amma evləndikdən sonra, qadını əldə etdikdən sonra bu
və bu kimi incə məqamlara fikir vermir. Bu adi, xırda bir misaldır. Belə
adi detallar böyüməyə başladıqda böyük davalar yaranır. Buna görə də
məncə evlilikdən sonrakı mübahisələrin əksəriyyətində kişilər
günahkardır, mən burada qadında heç bir günah görmürəm”.
Kişi və qadın münasibətlərində ən önəmli şərtin qarşılıqlı hörmət,
etibar olduğunu deyən Oksana üçün məhəbbət ikinci plandadır: "Əgər
tərəflər, bir-birilərinə hörmət edirlərsə, deməli, bu münasibət
uzunömrlü olacaq. Əgər bunlar itdisə, deməli ən geci bir ilə kişi və
qadın da yollarını ayıracaq. İndiki zamanda məhəbbət önəmli deyil,
hörmət və etibar önəmlidir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!