"Müğənnilərin aparıcılıq etməsi acgözlükdür" - sorğu

Xəbərlər
10.09.2017 14
ANS telekanalında yayımlanan "Şou-mən” verilişi müğənnilər və aparıcılar arasında sorğu aparıb.
Qadınlar.biz xəbər verir ki, sorğuda "Sənətçi aparıcılıq edə bilərmi” sualına cavab axtarılıb:

Əməkdar artist Ədalət Şükürov:
Pilot təyyarəni sürmək üçün onu öyrənməlidir. Bəziləri var ki, elə bilirlər, aparıcılıq asandır. Amma, əslində, aparıcılığı jurnalist etməlidir.

Müğənni Gülay Zeynalova:
İstedadı, təcrübəsi varsa, niyə də müğənni aparıcılıq etməsin? Buna normal baxıram.
Müğənni Əli Mirəliyev: Müğənni nə bilir ki, veriliş də aparsın? Mahnılarını oxuya bilmirlər, gedib aparıcı olacaqlar. Əgər müğənni olsaydılar, mahnı oxumaqla məşğul olardılar. Aparıcılığı jurnalist etməlidir.

Müğənni Emil Bədəlov:
Bəzi müğənnilər efirdə görünmək xətrinə aparıcılıq edirlər. Kim deyirsə, mən efirdə görünmək istəmirəm, uzaqlaşmışam, yalan danışır. Amma hər adam aparıcı ola bilməz. Əgər müğənninin savadı yüksəkdirsə, o, aparıcı ola bilər.
Müğənni Kərim Abbasov: Sənətçinin veriliş aparmasına normal baxıram. Əgər səhnə mədəniyyəti, danışıq qabiliyyəti varsa, aparıcı ola bilər.

Aparıcı Azər Axşam:
Şou verilişlərini aktyor aparmalıdır.

Aparıcı Elnarə Təhməzova:
Müğənnilərin aparıcılıq etməsini bəyənmirəm. Oxumaq o demək deyil ki, o insan yaxşı danışa və intellekt sahibi ola bilər. Girib studiyaya iki mahni oxuyurlar, sonra onu necə ifa etdikləri də yadlarında qalmır.
Aparıcı Vüsalə Kərimova: Müğənnilərin aparıcılıq etməsinə doğru baxmıram. Müğənni getsin oxusun. Bizim çörəyimizə bais olmasınlar, öz işləri ilə məşğul olsunlar.
Aparıcı İlqar Mikayıloğlu: Bu, hərislik, acgözlük və pula düşkünlükdür. Özlərini ulduz sayıb başqa yerdə göstərmək istəyirlər, amma beş qəpiklik çıxışları yoxdur. Ağıl yoxdur, avamdırlar.
Aparıcı Elçin Əlibəyli: Hamı haqqında eyni fikiri demək olmaz. Elələri var ki, aparıcılıqları maraqlı alındı. Nisə Qasımovanın aparıcılığı ilə yayımlanan veriliş uzun müddət davam etdi. Uğursuz layihələr də oldu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!