Bakıda zorlandığını deyərək özünü yandıran qız öldü

Bakıda zorlandığını deyərək özünü yandıran qız öldü
Xəbərlər
10.09.2017 49
Qadınlar.Biz saytı anspress.com saytına istinadən bildirirki, 23 yaşlı Məleykə
İntizam qızı Bayramlının bu gecə saat 03:00 radələrində qəfildən
vəziyyəti daha da pisləşib
Bir neçə gün öncə Bakının mərkəzində özünü yandıran Lənkəran rayon
sakini 23 yaşlı Məleykə İntizam qızı Bayramlı dünyasını dəyişib. 5 saylı
Xəstəxananın yanıq şöbəsinin rəhbəri Vüqar Ələkbərovun verdiyi məlumata
görə, qız xəstəxananı reanimaya şöbəsində vəfat edib.
Həkimin sözlərinə görə, həkim nəzarətində olan M.Bayramlının vəziyyəti
bu gecə saat 03:00-də qəflətən kəskin pisləşib. Həkimlərin səyinə
baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
"Müalicəyə baxmayaraq, xəstənin durumundə heç bir irəliləyiş olmamışdı.
Güclü yanğın xəsarətləri alan xəstənin bütün imunitent sistemi çökmüşdü.
Onun qaraciyəri, böyrəyi və ürəyi fəaliyyətini itirmişdi. Bu gün onu
əməliyyat edib, ölü toxumalarını çıxaracaqdıq”, - deyə Vüqar Ələkbərov
bildirb.
Qeyd edək ki, Məleykə İntizam qızı Bayramlı yanvarın 30-da Bakının
Səbail rayonu ərazisində özünü yandırmışdı. 20 yaşlı qız özünü
yandırmamışdan əvvəl zorlandığı üçün bu addımı atdığını demişdi.
Baş Prokurorluğun məlumatına görə, 1990-cı il təvəllüdlü Lənkəran sakini
Məlakə Bayramlı Əli Həbibli ilə aralarındakı mübahisəyə görə intihara
cəhd edib. Məlakə Bayramlı 2013-cü ilin oktyabrına qədər MTN--nin
Mühafizə Taborunda hərbi xidmətdə olmuş Əli Həbibli ilə dəfələrlə
görüşərək yaxın ünsiyyətdə olub. Bir müddət sonra həmin şəxsin onu
zorlaması barədə Hərbi Prokurorluğa müraciət edib. Amma sonrakı
müraciətlərində o, əvvəl dediklərini təkzib edərək Əli Həbibli ilə artıq
nişanlandıqlarını bildirib. Şikayətlərindən imtina edib.
Prokurorluq bildirir ki, zorlanma hadisəsi təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib.
Baş Prokurorluq qeyd edir ki, adıçəkilən şəxslər nişanlanaraq bir müddət
əlaqələrini davam etdiriblər. Sonradan aralarında yenidən münasibətlər
pozulduğuna və ailə qurmadıqlarına görə Məlakə Bayramlı özünü
yandırmaqla intihara cəhd edib.
Fakt üzrə Səbail rayon Prokurorluğunda intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!