Tanınmışların Sevgililər günü hədiyyəsi - sorğu

Tanınmışların Sevgililər günü hədiyyəsi - sorğu
Xəbərlər
10.09.2017 42
Yerli şou-biznesimizin nümayəndələri Sevgililər günündə özəl hədiyyələr alanlar sırasındadır.
Qadınlar.biz Manşet.Az-a istinadən verirdiyi xəbərə görə sənətçilər arasında sorğu aparılıb və
onların ən yaddaqalan hədiyyələrinin nə olduğu soruşulub:
Aktyor Fərda Xudaverdiyev: "Özəl bir hədiyyə almamışam. Hər zaman ətir, köynək - bu tip şeylər. Mən də kiməsə hədiyyə vermişəm. Bu isə ətir, gül olub".
Rəqqasə Oksana Rəsulova: "Ən yaddaqalan hədiyyəm bir Sevgililər günündə aldığım brilyant qaşlı
üzük olub. Özümsə sevdiyim insana bahalı brendlərdən köynək və ətir
almışam".
Əməkdar artist Elza Seyidcahan: "Mənim üçün hər gün Sevgililər günüdür. Bu gün sevgisi olmayanlara aiddir".

Rejissor Kənan M.M: "Biz ailəlikcə bu bayramı qeyd etmirik. Bizim evimizdə Sevgililər günü deyiləcək anlayış yoxdur".
 
Müğənni Emil Bədəlov: "Subay vaxtlarımda qızlar mənə həmin gün hədiyyələr verirdilər. Mən isə
həyat yoldaşıma aldığım hədiyyəni deyə bilərəm. Evliliyimizin ilk
ildönümündə 14 Fevralda ona brilyant dəst hədiyyə etmişdim".
 
Aparıcı Kəmalə Piriyeva: "Bir dəfə Sevgililər günündə sevdiyim şəxsdən brilyant üzük almışam".

Aparıcı Günel Hümbətova: "Həmin gün pərəstişkarlarımdan çiçək dəstələri almışam. Amma təsadüf
elə gətirib ki, Sevgililər gününü hər zaman tək qeyd etmişəm".

Müğənni İradə İbrahimova: "Ceyhun mənə maraqlı hədiyyələr verirdi. Onlar arasında ən çox yadımda qalan diş fırçası və yastıq olub".
Tarzən Humay Qədimova: "Həyatımda elə bir sevgi olmayıb ki, hədiyyəsini də unutmayım.
Qarşılıqsız sevgilər olub. Məni istəyənlər özəl günlərdə məni
dəyərləndiriblər. Məsələn, bir dəfə avtomobilimin üstünə qızıl güllərlə
ürək şəkli çəkmişdilər".
Müğənni Səidə Sultan: "Hər
zaman Sevgililər günündə tək olmuşam. Həyatımda elə də çox münasibətlər
yaşamamışam. Məktəb illərində Sevgililər günümü təbrik edənlər olurdu.
Onlardan isə ancaq gümüş dəstlər alırdım. O vaxtlar gümüş çox dəbdə idi
(gülür - red.)".
Aktrisa Ülviyyə Əliyeva: "Bu günə kimi Sevgililər gününü qeyd etməmişəm. Bu il nə olacağı isə mənə hələ sürprizdir".
14 fevral tarixini Sevgililər günü kimi qəbul etməyən məşhurlar da var.
Bunlar xalq artistləri Aygün Kazımova və Nazpəri Dostəliyevadır.
Aygün Kazımova: "14
fevral mənim üçün Sevgililər günü deyil. Əsl sevgililər günü 30 iyun -
İlhamla Fərizənin evləndiyi gündür. Allah rəhmət eləsin".

Nazpəri Dostəliyeva: "Bu gün İnstaqramda Sevgililər günü ilə bağlı
fotoları bəyənməyəcəyəm. Bizim Sevgililər günümüz 30 iyundadır. Gəlin
özümüzünküləri önə çıxaraq, özümüz olaq".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!