“Mənə ərə gəldiyin üçün utanmadın?”

“Mənə ərə gəldiyin üçün utanmadın?”
Xəbərlər
10.09.2017 35
Müğənni Mətanət Əsədova birinci nikahının alınmamasının səbəblərindən danışıb.
Qadınlar.biz Manşet.Az-a istinadən xəbər verir ki, müğənni məşhurlaşdıqdan sonra sevildiyini, ancaq sevə bilmədiyini söyləyib:
 
"Mən
Mətanət olan gündən, əzəldən çox sevildim, ancaq sevə bilmədim. Birinci
nikahım 10-15 gün içində qurulan bir iş idi. Əvvəlki həyat yoldaşımla
tanışlığım mağazada baş tutub. Mən qohumumla mağazaya getdim,
telefonumda problem var idi. Bu oğlan telefonumu aldı və problemi həll
etdi. Ondan sonra nömrəmi götürmüşdü və zəngləşirdik. Mağazada o məni
görəndə inanın makiyajsız halda və saçımda maska ilə idim, başımı
bağlamışdış O, məni o gündə bəyənmişdi. Özü burada yaşamırdı və mənim
müğənni olduğumu da bilmirdi. Ailə qurduq. Amma dünyaya baxışlarımız
fərqli idi. Həm də o, məndən yaşda kiçik idi".
Müğənni ayrılma səbəbini də açıqlayıb:
"Mən
ayrıldım. Bir gün evdə oturmuşduq. O, anidən mənə qayıdıb dedi ki,
gözəlim bəs nə əcəb məndən yaşda böyük idin, mənə ərə gəldiyin üçün
utanmadın? Elə bir  başımdan bir qab qaynar su tökdülər. Şoka düşdüm. Və
ona dedim ki, bitdi Emil. Sən içimdəki Mətanəti qırdın, ona elə bir
təpik vurdun ki, param-parça oldu. Dağ çəkdin mənə. Bu gündən biz sənlə
olduq dost!".
Mətanət Əsədova boşandığı həyat yoldaşı ilə indi də münasibət saxladığını deyib:
 
"Mən
onunla dostam. Sabah nikahı olsa, gedib oxuyacam və həyat yoldaşına da
bahalı bir zinət əşyası alıb, aparacağam. Vəssalam. Mən belə insanam".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!