Şahzadə Mustafanın məktubu milyonları kövrəldəcək: "Ey canım ata..." - FOTO

Şahzadə Mustafanın məktubu milyonları kövrəldəcək:
Xəbərlər
10.09.2017 26
"TİMS Productions" studiyasının
çəkdiyi, Türkiyənin Star TV telekanalında nümayiş olunan "Muhteşem
yüzyıl" teleserialının ötən, 123-cü seriyasında Şahzadə Mustafanın edamı
milyonlarla insanı riqqətə gətirmişdi. Serialın yeni, 124-cü
seriyasında isə Şahzadə Mustafanın ölümündən əvvəl atasına, Qanuni
Sultan Süleymana yazdığı məktub oxunacaq.
 
Qadınlar.Biz saytının  Manşet.Az-a istinadən bildirir ki, sultan çadırında lal-kar cəlladlara
boğdurduğu oğlunun sinəsində məktubu tapır və bundan sonra Mustafanın
ölümü barədə orduya xəbər verir.
Həmin məktubun bir qismi "Muhteşem yüzyıl"ın ötən seriyasında səslənmişdi.
 
39
yaşında edam olunmuş Şahzadə Mustafanın vida məktubu belədir:
"Sultanım, ey canım atam! Bu sətirləri oxuduğunuza görə qəlbinizdən
qəlbinizi parçalayıbsınız. Mən isə bu yalan dünyadan köçüb getmişəm.
Sizə bir atanın övladına qıydığı zalım dünyanı qoyub gedirəm. Zira
hakimiyyət, iqbal və iqtidar uğrunda atasının canına qəsd etmiş bir
zalım kimi yaşamaqdansa məzlum kimi ölməyi üstün tuturam. Əlvida, canım
atam!"
 
Səfəvi hökmdarı Şah Təhmasiblə yazışmaq və atasını
taxtdan kənarlaşdırmaq istəyində suçlanan Şahzadə Mustafa atasının
çadırında, Təbriz xalısının üstündə edam olunmuşdu.
 
Fəqət,
serialda səfəvilərə qarşı aşağılayıcı münasibət davam edir və Təbriz
xalısı "İran xalısı", səfəvi hökmdarı Şah Təhmasib isə "məkrli və xain
İran şahı" kimi qələmə verilir.
Yeniçərilər qəmdədir... Onlar qiyama hazırlaşırlar.
 
Aktyor Burak Demirin oynadığı yeniçəri ağası Hüseyn Çavuş Şahzadə Mustafanı dayandırmağa çalışmış, amma niyyətinə çatmamışdı.
"Muhteşem yüzyıl"ın bundan sonrakı seriyalarında yeniçərilərin qiyama hazırlıqlarına da məhz Hüseyn Çavuş başçılıq edəsidir.
Şahzadə
Mustafanın ən çox etibar etdiyi adamlardan biri, edam günü atasının
əmri ilə ova göndərilən Şahzadə Cahangir durumu anlayır, dərhal geri
qayıdır.
 
Şahzadə Mustafanın cəsədini görən Şahzadə Cahangir
ağlayır, fəryad çəkir, sonra isə atasına, Qanuni Sultan Süleymana deyir:
"Məni aldatdın, mənə yalan dedin! Günahsızın, məzlumun canına qıydın!
Halbuki o, səni çox sevirdi..."
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!