Rozanın erotik klipinin təqdimatı oldu - foto və video

Rozanın erotik klipinin təqdimatı oldu - foto və video
Xəbərlər
10.09.2017 42
Müğənni Roza Zərgərli özbək ifaçı Ziyad İşanxocayevlə  oxuduğu "Tı i ya”
("Sən və mən") mahnısına çəkdirdiyi klipinin təqdimatını edib.
Manşet.Az-ın məlumatına görə, sənətçi tədbirə köhnə model "Volqa” markalı maşınla gəlib.
Erotik səhnələrin yer aldığı ekran işi haqda danışan Roza klipin iki versiyada hazırlandığını deyib:
"Birinci
variant yerli telekanallarımız üçün nəzərdə tutulub. Çünki bizdə
açıq-saçıq səhnələrə icazə verilmir. İkinci versiya isə Rusiyada
yayımlanacaq. Hər kəsi erotik səhnələri mənim oynayıb-oynamadığım
maraqlandırırdı. İndi hamıya aydın oldu ki, bu epizodlarda mən yox,
başqası rol alıb”.
Qeyd edək ki, klipin bəzi hissələrini
Daşkənddə Hollivud rejissoru, klipmeyker Bahodir Yuldaşev, geri qalanını
isə həmyerlimiz Elşən Babayev çəkib. Obrazlar üzərində modelyer Gülnarə
Xəlilova, stilistlər Anar Ağakişiyev, Ruslan və vizajist Ramilə
işləyiblər.
Təqdimat mərasiminə şoumen Murad Dadaşov, müğənni
Nadir Qafarzadə, Emma Ələkbərzadə, Elnur Məmmədov, Aysel Əlizadə, Emil
Bədəlov, rəqqasə Fatimə Fətəliyeva, Aşıq Samirə Əliyeva, prodüser Təranə
Səmədova, aparıcı Murad Arif, Vüsalə Kərimova və başqaları qatılıb.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!