İradə bacısını təbrik etdi

İradə bacısını təbrik etdi
Xəbərlər
10.09.2017 29
Bu gün müğənni İradə İbrahimovanın bacısı Sonanın ad günüdür.
Manşet.Az-ın məlumatına görə, sənətçi bacısını İnstaqram səhifəsində təbrik edib:
"Anamın
və atamın bu həyatda mənə verdiyi ən böyük hədiyyə, var-dövlət
bacılarımdır. Bunun üçün onlara nə qədər də təşəkkür etsəm, az olar. Bu
həyatda ilk rəfiqələrim bacılarımdır. Məni onlardan yaxşı başa düşən
olmaz. Köhnə günlərdəki kimi bir evdə yığışıb otura bilməsək də, bacı ən
yaxın rəfiqəm olaraq qalacaq. Hər bir insanın bu həyatda bir bacısı
olmalıdır. Sonam, sonbeşiyimiz, ən həssasımız, ad günün mübarək”.
Vizajist Nigar İbrahimova da bacısını İnstaqram səhifəsi vasitəsilə təbrik edib:
"Allahdan
həmişə arzum o olub ki, iki bacımı da yerbəyer edim, bu da mənə qismət
oldu. Həmişə ocağın isti, işıqlı olsun. Yeni qurduğun yuvan pis, qəlbi
xain insanlardan uzaq olsun. Doğum günün mübarək, hər zaman xoşbəxt ol”.
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!