“Eurovision” təmsilçimiz bu üç müğənnidən biri olacaq

“Eurovision” təmsilçimiz bu üç müğənnidən biri olacaq
Xəbərlər
10.09.2017 29
"Böyük səhnə” beynəlxalq vokal layihəsinin yarımfinal mərhələsi baş tutub.

Manşet.Az-ın
məlumatına görə, layihədəki 6 iştirakçıdan üçü müsabiqəni tərk edib.
Bunlar Azad Şabanov, Elton İbrahimov və Samirə Əfəndiyeva olub. "Böyük
səhnə” layihəsinin finalında Xana Həsənova, Dilarə Kazımova və Erkin
Osmanlı yarışacaq. Bu üç iştirakçıdan biri Azərbaycanı mayın 6-sı və
10-da Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision”
yarışmasında təmsil edəcək.
Qeyd edək ki, "Böyük səhnə”
iştirakçılarının çıxışları "İctimai” telekanalda yayımlanır. Müsabiqənin
finalı martın 2-də baş tutacaq. Yarışmanın münsiflər heyəti kürsüsündə
caz ifaçısı Tünzalə Qəhrəmanova, prodüser və "Ok” drəgisinin baş
redaktoru Zəhra Bədəlbəyli, bəstəkar Dimitris Kontopulos, şoumen Murad
Dadaşov, rejissor Fuad Əliyev yer alıb. Final gününün seçim mərhələsində
münsiflər heyətinə İTV-nin baş direktoru Cəmil Quliyev də əyləşəcək.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!