Mehriban Əliyeva Parisdə sərgidə - fotolar

Mehriban Əliyeva Parisdə sərgidə - fotolar
Xəbərlər
10.09.2017 54
Fevralın 27-də Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət
mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun "Əsrlərin
qovuşuğunda” adlı fərdi sərgisi açılıb.
Manşet.Az-ın
məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Dünya
şöhrətli rəssam Tahir Salahovun Paris sərgisinin açılışında iştirak
etmək üçün Fransa İnstitutuna gələn  Mehriban Əliyeva əvvəlcə tədbirin
keçirildiyi Fransa İncəsənət Akademiyasının fəaliyyəti ilə tanış olub.
Akademiyanın daimi katibi Arno Dotriv bildirib ki, 1662-ci ildə əsası
qoyulan Fransa İnstitutu özündə müxtəlif sahələrə aid 5 akademiyanı
birləşdirir və onlar Fransa tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı
müxtəlif layihələr, elmi araşdırmalar həyata keçirir.
Nadir memarlıq quruluşuna malik olan bina Sena çayının sahilində yerləşir və onun memarı Lui Lövodur.
Sonra
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa İncəsənət
Akademiyası, Azərbaycanın Turizm və Mədəniyyət Nazirliyi, həmçinin
ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən sərginin
açılışında qatılıb.
Arno Dotriv dünyada kifayət qədər tanınan
Tahir Salahovun yaradıcılığına Fransada böyük marağın olduğunu və bu
sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq
aşılayacağını bildirib. O qeyd etmişdir ki, Fransa hər zaman Tahir
Salahov yaradıcılığı ilə təmasdan böyük şərəf duyur və bu amil bugünkü
sərginin də əsas qayəsini təşkil edir.
Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Fransada bu sərginin açılmasını
Azərbaycan mədəniyyəti üçün tarixi hadisə kimi dəyərləndiib.
"Fransa
İncəsənət Akademiyasında ilk dəfədir ki, Azərbaycan rəssamının sərgisi
açılır”, - deyən nazir, görkəmli fırça ustası Tahir Salahovun
yaradıcılığının bütün bəşəriyyətə məxsus olduğunu vurğulayıb. Nazir
əlavə edib ki, Parisdə sərgilənən bu əsərlər bir daha Tahir Salahov
yaradıcılığının akademik səviyyəsindən xəbər verir.
Xalq Rəssamı
Tahir Salahov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə
minnətdarlıq edib. Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban
Əliyevaya bu təşəbbüsə verdiyi dəstəyə görə təşəkkürlərini çatdırıb.
Sərginin açılışını həyatının ən unudulmaz günlərindən birinə
çevrildiyini deyən Tahir Salahov əsərlərinin Fransa İncəsənət
Akademiyasında nümayiş etdirilməsindən şad olduğunu bildirib.
Sonra
qonaqlar - Fransanın görkəmli mədəniyyət xadimləri, Parisdə akkreditə
olunmuş diplomatik korpusun və Fransa hökumətinin nümayəndələri sərgi
ilə tanış olub.
Dünyanın mədəniyyət mərkəzlərindən biri olan
Parisin mədəni həyatında dünya şöhrətli Azərbaycan rəssamı Tahir
Salahovun fərdi sərgisinin açılması əsil hadisəyə çevrilib. Bu sərgi ilk
növbədə sənətsevərlərin çoxdandır yolunu gözlədiyi fırça ustasının
yaradıcılığına bir daha nəzər salmaq baxımından mühüm əhəmiyyət kəsb
edib. Bu, həm də Azərbaycan təsviri incəsənətinin təbliği baxımından
böyük rola malikdir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətini yüksək
səviyyədə dünyada təmsil edən xalq rəssamı, "İstiqlal” və "Heydər
Əliyev” ordenli Tahir Salahov bu sərgisi ilə xalqımızın malik olduğu
yüksək mədəni dəyərləri bir daha Qərb tamaşaçılarının diqqətinə
çatdırıb. Bu il 85 yaşını qeyd edən xalqımızın böyük oğlu Tahir
Salahovun Parisdə açılan fərdi sərgisinin bir özəlliyi də təbii ki, onun
sənətkarlığının dünyəvi mahiyyətə malik olmasıdır. Bu cəhət sərgidə
nümayiş etdirilən əsərlərdə də özünü göstərir. Qara Qarayev, Mistislav
Rostropoviç, Anar, Soljinitsin kimi dünya şöhrətli şəxsiyyətlərin
portretləri, Parisə həsr olunmuş "Həmişə Eyfel qülləsi ilə” silsilə
rəsmləri böyük maraqla qarşılanmışdır və bəzi əsərlərinin xalça
versiyası da sənətkarın daxili zənginliyindən xəbər verir. Bu sərginin
dəyərini artıran ən mühüm amil də rəssamın öz sərgisində qonaqları ilə
elə öz xalqının dilində danışması olmuşdur.
Sərgidən sonra
UNESCO-nun mənzil qərargahında qurumun baş direktoru İrina Bokovanın bu
vəzifəyə yenidən seçilməsi münasibətilə rəsmi qəbul təşkil olunub.
Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!