Hətta Rihannada onu izləyir - Fotolar

Hətta Rihannada onu izləyir - Fotolar
Xəbərlər
10.09.2017 9
Manşet.Az-ın məlumatına görə milyonlarla istifadəçisi olan sosial
media artıq öz şöhrətlərini də yaradır. Həm də hamısı daha dünənə qədər
yaxınları xaricində kimsənin tanımadığı, sıravi insanlar idilər. Foto
paylaşma saytı Instagram'ın yeni şöhrəti isə Jen Selter. New Yorkda
yaşayan 20 yaşındakı Selterin tam 2 milyona yaxın təqibçisi var. Üstəlik
bunlardan biri də məşhur müğənni Rihannadır. Jen Selterin bu qədər
məşhur olmasının səbəbi isə manekenlərə və görünüşüylə öyünən oyunçulara
belə heyran edəcək xarici görünüşüdür.

Jen xüsusilə də ombası ilə
diqqət çəkir. Jen Selter, idman salonunda ya da yoga sinifində çəkilən
pozlarını Instagramda paylaşaraq qısa müddətdə hər kəsin diqqətini
çəkib. Hətta bu şöhrət elə bir ölçüyə çatıb ki, Jen Selter artıq köhnəsi
kimi rahatca idman salonuna belə gedə bilmir. Gənc qadın New York Post
jurnalına verdiyi reportajda "Hər yerdə tanınıram. Artıq hər kəsə açıq
salonlarda idman edə bilmirəm, çünki mənim orada olmam böyük bir hadisə
halına gəlir. İnsanların məni izləməsindən xoşum gəlmir" deyib.

Jen
Selter davamlı olaraq ombasının fotoşəkillərini paylaşmasının səbəbi
soruşulduqda isə "Həqiqətən də üzüm olan fotoşəkili paylaşmamağa
üstünlük verirəm. Çünki insanlar mənim üzümü görmək istəmirlər" açıqlama
verib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!