Azərbaycanlı müğənni keçmiş xanımını söyüb üstünə bokal tulladı

Azərbaycanlı müğənni keçmiş xanımını söyüb üstünə bokal tulladı
Xəbərlər
10.09.2017 13
"Azəristar” yarışmasının iştirakçısı, müğənni Əfqan Quliyevin toyunda
sənətçi  Kərim Abbasov ilə keçmiş həyat yoldaşı, prodüser Təranə
Səmədova arasında qalmaqal yaşanıb.



Manşet.Az-ın "Qafqazinfo”-ya
istinadən verdiyi məlumata görə, keçmiş ailə üzvləri toyda mübahisə
edib. Əsəbiləşən  Kərim Abbasov keçmiş həyat yoldaşının üzərinə bir
bakal su töküb.



Belə ki, məclisdə qonaqların yerbəyer edilməsi
ilə bəyin qohumu, müğənni Emil Bədəlov məşğul olub. O, Təranə ilə Kərimi
eyni masada əyləşdirib. Kərim Təranəni görən kimi nalayiq söyüşlər
söyməyə başlayıb. Telefonunu götürüb masadan qalxmaq istəyən Təranəyə
Kərim daha da şiddətlənib. Onun ünvanına yenidən təhqirlər yağdıran
Kərimin ürəyi bununla soyumayıb, içi su ilə dolu bakalı Təranəyə atıb.



Hər
iki tərəflə əlaqə saxlayıb, məsələyə münasibət öyrənmək istəsək də,
tərəflər danışmayacaqlarını bildiriblər. Təranə "Mən bununla bağlı
açıqlama vermək istəmirəm. O, nə istəyir danışsın” deyib. Kərim isə "Bu
mövzunu bağlamağı düşünürəm, danışmayacağam" sözlərini əlavə edib.



Xatırladaq
ki, Təranə Səmədova "Adam içində” verilişində Kərimin xəstə olduğu üçün
övladı ola bilməyəcəyini, yalandan oğlu olduğunu dediyini bildirib.
Kərim isə keçmiş həyat yoldaşını məhkəməyə verib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!