Model Minarə Allahverdiyeva yeni seriala çəkilir – FOTO

Model Minarə Allahverdiyeva yeni seriala çəkilir – FOTO
Xəbərlər
10.09.2017 99
"Bu serialda mən öz həyatımı oynayacağam”.



"Miss Azerbaijan 2013” gözəllik müsabiqəsinin iştirakçılarından olan Minarə Allahverdiyeva yeni seriala çəkilir.



Manşet.Az oxu.az-a
istinadən xəbər verir ki, İsmayıl Həsənzadənin rejissorluğu ilə model 
"Ürəyimdə qalan arzum” adlı serialda baş rolda oynayacaq.



Tanınmış model müsahibəsində bunları söylədi:



"Bu
həftənin sonu serialın tizeri çəkiləcək. Gələn həftədən artıq serialın
çəkilişlərinə başlayacağıq. Orada baş rolda, Cəmilə adlı hüquqşünas
obrazındayam. Serialda öz həyatımı oynayacağam. Cəmilə varlı bir ailənin
övladıdır. Lakin valideynlərini erkən itirir. Çətinliyi də elə həmin
gündən başlayır. Mən də anamı çox tez - 10 yaşım olarkən itirmişəm.
Anamın vəfatından sonra mən çox stress yaşadım. Atasız yaşamaq olar,
amma anasız mümkün deyil. Çünki mən o əziyyəti çəkdim”.



Qeyd edək
ki, gənc və gözəl model Xəzər telekanalında yayımlanan "Sənə inanıram”
adlı serialda da oynayır. Sözügedən serialın çəkilişləri də davam edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!