Azərbaycan müğənnilərinin erotik görüntüləri yayıldı - video

Azərbaycan müğənnilərinin erotik görüntüləri yayıldı - video
Xəbərlər
10.09.2017 13
"Space” telekanalında yayımlanan "Şou+” verilişi araşdırma apararaq
Azərbaycan müğənnilərinin kliplərindəki açıq-saçıq səhnələri bir araya
toplayıb.



Manşet.Az-ın
məlumatına görə, siyahıda yer alan ilk ifaçı xalq artisti Faiq Ağayev
olub. Onun "Sən gəlməz oldun” klipindəki öpüşmə səhnələri bir müddət
gündəmin əsas mövzusuna çevrilmişdi. Son vaxtlar reper Qurdun "Tapın
ona” mahnısına çəkdirdiyi klip də böyük müzakirələrə səbəb olmuşdu.
Müğənni Roza Zərgərlinin "Tı i ya” ("Sən və mən") adlı ekran işi də
erotik səhnələri ilə diqqət çəkmişdi.



Tanınmış sənətçilər açıq-saçıq kliplərə öz münasibətlərini bildirib.



Xalq artisti Brilliant Dadaşova
– Bizimkilər Beyonsa, Cenniferə baxır. Özümüzkülərdə belə hal görəndə
isə amansız yanaşırıq. Dünya inkişaf edir, bizdə də belə kliplər olsun.



Müğənni Emil Bədəlov
– Roza Zərgərlinin klipində açıq-saçıqlıq var. Bizdə bunu yayımlamaq çətin olsa da, Rusiya üçün əla bir işdir.



Reper Qurd – Qızla oğlanın əynindən köynəyi çıxarmaq erotika deyil.



Müğənni Elnur
Bu cür işləri risk edib çəkirlər. Qəbul edən edir. Amma bizim kliplər
maraq doğurmur. Buna görə də artıq elə işləmək lazımdır ki, yaxşı
alınsın.



Əməkdar artist Nüşabə Ələsgərli
Dünya kliplərinə baxanda ağızları açıq qalır, bizimkilərə isə yox. Bu
cür halları xoşlamıram. Rejissor nə desə odur. Mən oynamıram ki, aktrisa
oynayır. Buna normal baxıram.



Müğənni Ramal İsrafilov
– Çəkildiyim kliplərdə buna tələbat olarsa, edərəm. Biz səhnə adamlarıyıq. İnsanlar bizi başa düşər.



Müğənni Nadir Qafarzadə - Açıq-saçıqlıq olmalıdır, amma çərçivədən çıxmamaq şərtiylə.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!