Xanımlar Murad, Bəhram və Namiqdən nə istədi? – sorğu

Xanımlar Murad, Bəhram və Namiqdən nə istədi? – sorğu
Xəbərlər
10.09.2017 8
"Xəzər” telekanalında yayımlanan "Bizim gün” verilişinin bugünkü
qonaqları şoumen Murad Dadaşov, aktyor Bəhram Bağırzadə və meyxanaçı
Namiq Qaraçuxurlu olub.



Manşet.Az-ın məlumatına görə, xanım sənətçilər arasında sorğu aparılıb və onların bu üç tanınmışdan bayram üçün nə istədikləri öyrənilib:



Aşıq Telli Borçalı: "İstəyərdim ki, Namiq Qaraçuxurlu bayram günü zəng edib məni gürcü
xəngəli yeməyə dəvət etsin. Əgər etməsə, efirdə elan edəcəyəm ki, Namiq
mənə qonaqlıq vermədi. Murad Dadaşovu çox sevirəm. İstərdim ki, mənə
cəmi bir ədəd qızılgül versin. Sonra da desin ki, Telli elə hamının
acığına səni öpürəm.



Aparıcı Nərgiz Cəlilova:
"Namiq mənə bir meyxana yazsın".



Əməkdar artist Sənubər İsgəndərli:
"Murad, Bəhram və Namiq – üçü də bir xoş sözlə məni təbrik etsinlər. Onlar ağıllı, intellektual və səviyyəli dostlarımızdır".



Rəqqasə Fatimə Fətəliyeva: "Namiq mənə bir meyxana desin. Bəhram bəyi çox sevirəm. Onu görəndə
həmişə tərəddüd edirəm yaxınlaşıb salam verməyə. Ürəyindən necə keçirsə,
o formada da məni təbrik etsin".



Sevil və Sevinc bacıları: "Namiq Qaraçuxurlu bizim adımızın hallandığı meyxana yazsın".



Xalq artisti Brilliant Dadaşova: "Namiq mənə çoxdan söz verib ki, mahnı yazacaq. Onu təqdim etsin. Murad
Dadaşov ad günümdə gözəl tort göndərmişdi, ondan istəyirəm. Üçündən də
qəşəng hədiyyə gözləyirəm".



Müğənni İlhamə Qasımova:
"Namiq Qaraçuxurlu məni və rəfiqəmi yeməyə dəvət etsin. Murad Dadaşov
bir məkan açıb, deyirlər, hər adamı buraxmırlar. Məni oraya dəvət etsin.
Bəhram Bağırzadə isə "Qadınlar nədən danışır?” adlı kitab çıxarıb.
İstəyərdim, desin, o haradan bilir, qadınlar nə istəyir?"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!