Zarinanın sevgidən bəhs edən yeni klipi - video-fotolar

Zarinanın sevgidən bəhs edən yeni klipi - video-fotolar
Xəbərlər
10.09.2017 14
Gənc müğənni Zarina Məmmədova yeni klipini təqdim edib.



Manşet.Az-ın
məlumatına görə,  "Bir acı” adlanan klip bu gündən etibarən Zarinanın
rəsmi "Youtube" kanalında internet istifadəçilərinin ixtiyarına
buraxılıb.



Xəbər verdiyimiz kimi, klipi məşhur türk rejissoru
Kamal Başbuğ çəkib. Üç gün Qəbələdə davam edən çəkilişlərdə peşəkar
komanda işləyib və xüsusi texnika cəlb olunub.



Mahnının musiqisi Pərviz Mahmudova, sözləri Aygün İsmayılovaya, aranjiman isə Caner Tepecikə məxsusdur.



Zarinanın klipdə tərəf müqabili olmayıb. Sevgidən bəhs edilən ekran işində gənc xanımın acı çəkməyi göstərilib.  



Yeni layihəsindən razı qalan Zarina açıqlamasında belə deyir:



"Həm
mahnıdan, həm də klipdən çox razıyam. Yanında işini bilən adamlar
varsa, deməli, hər şey yolundadır. Bu klipə çox əziyyət çəkdik.
Nəticənin bu cür yaxşı alınması bütün yorğunluğumu çıxartdı. Həm
mahnının müəlliflərinə, həm rejissora, həm də İstanbul və Bakıdan
Qəbələyə gələn 30 nəfərlik komandaya təşəkkür edirəm. Ümidvaram ki,
tamaşaçılarım da ən azı mənim qədər bəyənəcək”.



Mahnının bəstəkarı Pərviz Mahmudov da musiqinin tam Zarinanın səsinə uyğun yazıldığını xüsusi qeyd edib:



"Bir
acı" heç bir ifaçıya bu qədər yaraşmazdı. Zarina mahnıya ürək qoyub.
Çox da gözəl alınıb. Mahnının müəllifi olaraq qeyd etmək istəyirəm ki,
bu, məhz Zarinanın halal mahnısıdır. Ondan başqa da heç kim bu mahnını
oxuya bilməz”.



Qeyd edək ki, Zarinanın imici üzərində stilist
Elnur Həsənov çalışıb. Təşkilati işləri isə müğənninin layihələrini
reallaşdıran Nahid Eminoğlu və prodüseri Təranə Səmədova həyata keçirib.




скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!