"Canavar kimi qadınam, heç nə vecimə deyil"

Xəbərlər
10.09.2017 38
Müğənni Tuğba Ekinci Show TV-də yayımlanan "Kənan Erçetingözlə üz-üzə” verilişinin qonağı olub.



Manşet.Az-ın məlumatına
görə, aparıcının sualları Tuğbanı özündən çıxarıb. O, müğənni və
aktrisa Hülya Avşara bənzədilməsi ilə bağlı fikirlərə münasibət
bildirib:



"Kiməsə oxşadılmaq çox pisdir. Bunu sevmirəm, özüm
olmağı xoşlayıram. Hülya Avşar siyasətə meyillidir, mən isə canavar kimi
qadınam. O, sarışındır, övladı var. Mən isə qaraşınam, övladım yoxdur,
özüm üçün yaşayıram. Onun etdiyi işlər daha fərqlidir. Mənimsə həyatda
heç nə vecimə deyil: məni sevən sevsin, sevməyən isə getsin. Bu cür
yaşayıram”.



Qeyd edək ki, Tuğba Ekinci azərbaycanlı olduğunu,
babasının Gəncədə dünyaya gəldiyini bildirmişdi. Bir müddət əvvəl Bakıya
gələn sənətçi "İnanımmı" mahnısını ifa edərək klip çəkdirmişdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!