İntim görüntülər Zaur Baxşəliyevi həbs etdirə bilərmi?

İntim görüntülər Zaur Baxşəliyevi həbs etdirə bilərmi?
Xəbərlər
10.09.2017 4
Zaur Baxşəliyevin aparıcısı olduğu verilişdə ərin təqdim etdiyi videoda
arvadın başqa bir kişi ilə intim görüntüləri yer alıb. Hər kəsin əri və
ya qadını ittiham etdiyi vaxtda başqa məqamlar ortaya çıxdı.



Manşet.Az-ın verdiyi məlumata görə Ağcabədi Rayon Polis Şöbəsindən verilən
məlumata görə, arvadını ifşa edən Pərviz Əliyev iki şərik fermerin
çobanıdır və müxtəlif vaxtlarda həmin şəxslərin 36 baş qoyununu sataraq
pulunu mənimsəyib. Qadının yataqda görüntüləndiyi kişi isə P.Əliyevin
çobanı olduğu fermanın şəriki Qəhrəmandır. Polisə çağırılan qadın
ifadəsində Qəhrəmanla yaşadığını etiraf edib. Ancaq polis başqa şübhəli
məqamlar üzərində işləyir. İntim görüntülərin ər-arvadın birgə planı
olması ehtimalları araşdırılır.



Hadisənin kriminal tərəfini
kənara qoyub, bu kimi görüntülərin efirdə yayımlanması məsələsinə
toxunaq. Bu cür halları yayanlar qanun qarşısında cavab verə bilərlərmi?
Qadının intim görüntülərini yayımlayan Zaur Baxşəliyevi hansı cəza
gözləyir?



Hüquqşünas Müzəffər Baxış hesab edir ki, belə
məsələlər ölkə Konstitusiyasının 32-ci maddəsi ilə qadağan olunur. Baş
verənləri Milli.Az-a şərh edən hüquqşünas bildirdi ki, televiziyada
yayımlanan görüntü şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır.
Konstitusiya hər kəsin şəxsi toxunulmazlıq hüququnu təsbit edir. Hər
kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Bu kimi
məsələlər qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə
həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına
qanunsuz müdaxilə edilməsindən müdafiə hüququ vardır. Öz razılığı
olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına,
saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bunu ölkə
Konstitusiyası birmənalı şəkildə qadağan edir.



M.Baxışın
fikrincə, ərinə xəyanət etdiyi deyilən və efirdə görüntüləri yayımlanan
qadının həyat yoldaşı olsa belə, bu cür məlumatlar toplayırsa, bu
qanunsuzluqdur. Qadının razılığı olmadan bu məlumatlar yayılıbsa və
televiziyada göstərilibsə, düzgün deyil. Belə hallar Cinayət
Məcəlləsinin 156-cı maddəsinə görə, şəxsi ailə həyatının sirri olan
məlumatların, bunları əks etdirən sənədlərin, video, fotoçəkiliş
materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya
başqasına verilməsi, qanunsuz toplanması 100 manatdan 500 manatadək və
ya 140 saatadək ictimai işlərə və ya 1 ilədək islah işləri ilə
cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq
mövqeyindən istifadə etməklə törədildikdə 3 ilə qədər müəyyən vəzifə
tutmaq, fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya
edilməməklə 2 ilədək azadlıqdan məhrum edilə bilər.



Ekspertin
sözlərinə görə, bu olayda televiziyanın vəzifəli şəxsləri öz qulluq
mövqeyindən sui-istifadə edərək onlara təqdim edilmiş məlumatı qanunsuz
yayıblar. Belə məsələyə görə yalnız hüquqa nifrət edən dövlətlərdə belə
məlumatları yayan televiziya əməkdaşları Cinayət Məcəlləsinin 156.2-ci
maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmaz. Bu
qəbildən olan cinayətlər Cinayət Prosessual Məcəlləsinin (CPM) 37.3-cü
maddəsinə görə, ictimai xüsusi ittiham qaydasında təqib olunan
cinayətlərdir. Mahiyyəti ondan ibarətdir ki, Cinayət Prosessual
Məcəlləsinin 207.2-ci maddəsinə görə, bundan zərər çəkən şəxslər şikayət
ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər və ya
ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokuror CPM-in 37.5.1-ci
maddəsinə görə, törədilmiş cinayət dövlətin və cəmiyyətin mənafeyinə
toxunduğu üçün öz təşəbbüsü ilə cinayət təqibi başlaya bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!