Mətanətin Ramalın toyunda ağlamasının səbəbi bilindi

Mətanətin Ramalın toyunda ağlamasının səbəbi bilindi
Xəbərlər
10.09.2017 4
"Gərək heç kim keçmişini unutmaya...”



Manşet.Az-ın məlumatına görə, bu sözləri Mətanət İsgəndərli Ramalın toyunu ağlayaraq tərk etməsinə aydınlıq gətirərkən deyib:



"Mən bu haqda danışmaq istəmirəm. Bəli, inciklik olub, lakin xanım müğənnilər mənim doğru anlamadığımı dedilər. Güya yalnış anlaşılma olub. Nə deyim, sadəcə onu deyə bilərəm ki, gərək heç kim keçmişini unutmaya”.



Qeyd edək ki, Ramal İsrafilovun toyunda, müğənni Mətanət İsgəndərli  eyni masa ətrafında yer alan Nazpəri Dostəliyeva və Könül Kərimovadan inciyib. Belə ki, Nazpəri xanım Dostəliyevanın Könül Kərimovadan onunla şəkil çəkdirməsini istəməsi həmin masa arxasında əyləşən digər xanım sənətçi Mətanət İsgəndərlinin onlardan inciməsinə səbəb olub.



"Mənlə niyə şəkil çəkdirmirsiniz”, - deyə soruşan Mətanət xanımla digər iki xanım sənətçi arasında söz davası yaranıb. Bu olaydan gözləri dolan Mətanət İsgəndərli "Keçmişinizi deyəsən unutmusunuz. Hamınızın yadına salaram”, - deyərək gözüyaşlı şəkildə toyu tərk edib.



Xatırladaq ki, son günlər Mətanət İsgəndərlinin narkoman olduğu iddiası gündəmdən düşmək bilmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!