Günel: “Özümü toy biznesində görmürəm”

Günel: “Özümü toy biznesində görmürəm”
Xəbərlər
10.09.2017 11
Aparıcı Günel Hümbətovanın TMB RU kanalında yayımlanması nəzərdə tutulan "Şərqin hiti” verilişi təxirə salınıb.



Manşet.Az-ın məlumatına görə, aparıcı, layihəni payızda reallaşdıracağını bildirib:



"Hazırlıqlar uzun çəkir. Düşündüm ki, artıq mövsüm başa çatır. Ən yaxşısı verilişi yeni mövsümdə yayımlamaqdır”.



Bir müddət müğənni kimi fəaliyyət göstərmiş Günel şou-biznesdən uzaqlaşmağının səbəbini açıqlayıb:



"Müğənnilik bir həvəs idi. Sonradan gördüm ki, oxumaq mənlik deyil. Aparıcılıq mənə daha yaxın peşədir. İndi müğənnilərin işi toylardan pul qazanmaqdır. Özümü toyxanalarda görmək istəmirəm. Hətta məni toya aparıcı kimi çağıranda da imtina edirəm. Dövlət tədbirlərində, bəzi məclislərdə aparıcılıq etsəm də, toya getmirəm”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!