“Eurovision- 2014”ün qalibi transseksual iştirakçı oldu

“Eurovision- 2014”ün qalibi transseksual iştirakçı oldu
Xəbərlər
10.09.2017 7
"Eurovision-2014” mahnı müsabiqəsinin qalibi bəlli olub.



Qadınlar.Biz
xəbər verir ki, səsvermə nəticəsində Avstriyanın transseksual iştirakçısı Konçita Vurst (Conchita Wurst) qalib olub. O, 290 xalq toplayaraq birinci yeri qazanıb. İkinci yerdə 238 xalla Hollandiya təmsilçisi İlse Delange qərarlaşıb. İsveç təmsilçisi Sanna Nielsen isə 218 xalla üçüncü yeri tutub.



Azərbaycanı "Start a fire” mahnısı ilə təmsil edən Dilarə Kazımova yarışmada uğursuz nəticə əldə edərək 22-ci sırada qərarlaşıb.



Azərbaycan 8 xalını Macarıstana, 10 xalını Ukraynaya, 12 xalını isə Rusiyaya verib.



Azərbaycana səs verən ölkələr arasında bunlar olub:



San Marino – 12 xal



Rusiya- 10 xal



Gürcüstan – 7 xal



Belarus- 3 xal



Ukrayna – 1 xal



Xatırladaq ki, ölkəmiz bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə "Ell and Nikki” dueti "Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!