Zaura xəbərdarlıq edildi: "Danışıqlarına fikir verməlidirlər" - VİDEO

Zaura xəbərdarlıq edildi:
Xəbərlər
10.09.2017 18
Qadınlar.Biz xəbər verir ki, Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Movqe.az-a açıqlamasında bildirib ki, aparıcıların efirdən iştirakçıları aşağılayan, şəxsiyyətini təhqir edən fikirlər səsləndirməsi yolverilməzdir: "Aparıcı efirdən belə bir hərəkətə yol verməməlidir. Heç bir halda iştirakçını təhqir etmək hüququ yoxdur aparıcıların. Aparıcılar efirdə danışıqlarına, hərəkətlərinə fikir verməlidirlər.



Konkret bu məsələyə gəlincə, biz qarışıb həmin şəxsin hüququnu müdafiə edə bilmərik. Həmin şəxs şəxsiyyətinin təhqir olunduğunu hesab edirsə, məhkəməyə müraciət edə bilər. Bəlkə, həmin şəxs bunu zarafat kimi qəbul edib. O da ola bilər. Ona görə də hər bir halda aşağılandığını hesab edən şəxs istəyirsə, məhkəməyə müraciət edə bilər. Biz isə telekanallarda çalışan aparıcılara dəfələrlə tövsiyə etmişik ki, bu kimi hallara yol verməsinlər. Davranışlarına, danışıqlarına fikir versinlər".

[/center]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!