“Sevgisiz 6 illik kişi-qadın münasibəti ola bilməzdi…” - Fədayə

“Sevgisiz 6 illik kişi-qadın münasibəti ola bilməzdi…” - Fədayə
Xəbərlər
10.09.2017 66
Müğənni Fədayə Laçın Tacir Şahmalıoğlunun onunla 6 illik qadın-kişi münasibəti ilə bağlı açıqlamasına  aydınlıq gətirib. Qadınlar.Biz mövqe.az-a istinadən xəbər verir ki, xanım sənətçi müğənninin sözlərinə belə münasibət bildirib:
"Tacirə sual veriblər, o danışıb. Yazıq adamdır. Özü mənə zəng edib bu barədə dedi. Dedi ki, sonra başqa yerdən eşidib, məni başqa cür başa düşərsən. Jurnalist sual verib, Tacir də çaş-baş qalıb. Həm də Tacir dedi ki, o verilişdə yalan danışmaq olmazmış. Ona görə səhvən açıb deyib. Amma bizim münasibətimiz təkcə onun dediyi kimi,  kişi-qadın münasibəti olmayıb. Sevgi olmasaydı, 6 illik kişi-qadın münasibəti ola bilməzdi axı. Təkcə kişi-qadın münasibəti ilə hər şey bitmir. Mənim indi 19 yaşlı oğlum var. Bir dəfə ailəli olub, boşanmışam. Oğlumun bir yaşı var idi, mən həyat yoldaşımdan boşandım. Amma bu boşanmaya səbəb Tacir deyildi. Tacirin də indi ailəsi var, mənim də böyük oğlum var. Mən heç vaxt belə şəxsi məsələlərlə gündəmə gəlməmişəm. Heç bundan sonra da gəlmək istəməzdim".
Müğənni hazırda Tacir Şahmalıoğlu ilə olan münasibətindən də danışıb:
 
"1998-ci ildə onunla münasibətimiz olub, 2002-ci ildə də biz ayrılmışıq. Hal-hazırda Tacirlə münasibətimiz var. Başqa müğənnilərə necə, ona da sənət yoldaşı kimi hörmətim var".
Xatırladaq ki, tanınmış müğənni Tacir Şahmalıoğlu teleaparıcı İradə İsaqın təqdimatında ATV-də yayımlanan "Düz üzünə" verilişinində qonaq olub. Aparıcının müğənniyə keçmiş duet həmkarı Fədayə Laçınla bağlı verdiyi sualı Şahmalıoğlu belə cavablandırıb:
 
"Bəli, Fadayə ilə çalışdığım 6 il ərzində onunla qadın-kişi münasibətində olmuşuq, amma bu, sevgi deyildi".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!