İlqarə Kazımovaya o gülləri kim bağışlayıb?

İlqarə Kazımovaya o gülləri kim bağışlayıb?
Xəbərlər
10.09.2017 30
Qadınlar.Biz bildirir ki, xalq artisti Aygün Kazımovanın "Bir az sevgi" adlı mahnısı ilə yaradıcılığında ilk addımlarını atan qızı İlqarə müsahibə verib.
Müsahibəsində ilk mahnısının çox uğurlu olduğunu və həmkarları, ən əsası da Aygün Kazımova tərəfindən bəyənildiyini söyləyən gənc müğənni gələcəkdə dinləyicilərinə yeni mahnıları təqdim edəcəyini söyləyib.
Aygün Kazımova ilə duet oxumağı planlaşdıran müğənni gələcəkdə bu duetin mütləq baş tutacağını vurğulayıb.
İlqarə şou-biznesin bir çox nümayəndələrindən fərqli olaraq xaricdə fəaliyyət göstərmək fikrində deyil.
İlk öncə öz ölkəsində uğurlar qazanmaq istəyən gənc ifaçı zamanı gələndə ölkəsini xarici ölkələrdə təmsil etmək arzusunda olduğunu bildirib.
Şəxsi həyatında isə sakitlik olduğunu açıqlayan İlqarə həyatında kimsənin olmadığını söyləyib.
Müğənni sosial şəbəkədə paylaşdığı çiçəkləri ona sevənlərinin yolladığını və kimsə ilə ciddi bir münasibətdə olmadığını açıqlayıb.
(show az)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!