Sevda Ələkbərzadə nişanlısından danışdı - foto

Sevda Ələkbərzadə nişanlısından danışdı - foto
Xəbərlər
10.09.2017 10
Dünən əməkdar artist Sevda Ələkbərzadənin ailə qurmağa hazırlaşması ilə bağlı xəbər yayılmışdı.



Qadınlar.Biz-in məlumatına görə, müğənni müsahibəsində nişanlısından danışaraq, onun şəklini təqdim edib.



O, nişanlısının Amerikada yaşadığını, İstanbulda ortaq dostları vasitəsilə tanış olduqlarını deyib. S.Ələkbərzadə nişanlısının da musiqi ilə maraqlandığını vurğulayıb:



"Onunla türk və ingilis dilində danışırıq. Bas gitaraya marağı var. Evlilik təklifi gözlənilməz oldu. Onun yaşadığı yerlə bizim ölkənin saatları arasında fərq var. Onlarda gecə olanda, bizdə gündüz olur. Hər səhərim ondan gələn "sabahın xeyir”lə açılır, günü "gecen xeyrə” ilə bitirirəm. Sənətimi sevir. Evlilik təklifim gözlənilməz oldu. Evdə oturmuşdum, qapı döyüldü. Bir dəstə gül gətirdilər, üzərində isə "mənimlə evlənərsən?" yazılmış kağız var idi".



S.Ələkbərzadə toy hazırlıqlarında ona dostlarının kömək etdiyini bildirib:



"Xoşbəxtəm ki, belə dostlarım var. Onlar toy hazırlıqlarının necə getdiyini məndən yaxşı bilirlər".

(axşam az)


 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!