Aygün Kazımova: "Birdən kimsə cürət edib ona nəsə demək, dombalaq aşmaq istəyər"

Aygün Kazımova:
Xəbərlər
10.09.2017 22
Xalq artisti Aygün Kazımova qızı İlqarə haqqında danışıb.
 
Müğənni "Onlar” verilişinə açıqlamasında  "İlqarədə olan
bacarıq məndə yoxdur, məndə olan da onda... Mənim yeni başlayan
vaxtlarımla onun indiki halı çox bənzəyir. İlqarə beş  yaşında oxuyanda
Faiq Ağayev, Samir Bağırov, Gülşən Qurbanova şok olmuşdu. Bu gün səhnəyə
asan yollarla gəlməyə çalışanlar var. Amma İlqarə bundan uzaq olacaq.
Birdən kimsə cürət edib ona nəsə demək, dombalaq aşmaq istəyər. Diqqətli
olun, aşmayın” deyib.
 
A.Kazımova qızı ilə duet oxuyacaqlarını da bildirib:
 
"Alla Puqaçova ilə Kristina Orbakaytenin dueti olmuşdu. Çox təsirli
idi. Biz də elə oxuyacağıq. Ana-balanın dueti tam fərqli olacaq”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!