İlham Mirzəyev "Space"dəki işini də itirdi

İlham Mirzəyev
Xəbərlər
10.09.2017 12
"İndi İlham Mirzəyevlə görüşdən gəlirəm”

Bunu modern.az-a hazırda həbsdə olan teleaparıcı İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə bildirib:

"İlham Mirzəyev özünü  yaxşı hiss edir. Görüş indi bitdi. Heç bir problem yoxdur. Hər şey qaydasındadır. Səhhəti də normaldır”.



Teleaparıcının "Space” telekanalındakı işindən azad olunması ilə bağlı məsələyə münasibət bildirən vəkil onun öz razılığı ilə işdən çıxdığını deyib: "Hazırda həbsdədir, bununla bağlı əlavə məlumatım yoxdur. Bildiyimə görə işdən öz istəyi ilə ayrılıb”.

Açılan cinayət işilə bağlı istintaqın davam etdiyini söyləyən vəkil əlavə məlumat verə bilməyəcəyini də vurğulayıb.



Qeyd edək ki, "Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq gedir.


 [/b][/b][/i][/b]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!