"Heç bir valideyn istəməz övladı Aygün, Röya olsun"

Xəbərlər
10.09.2017 8
"Günaydın”ın efirində aləm bir-birinə dəydi.

Qadınlar.Biz xəbər verir ki, bu gün də "Günaydın” verilişi mövzusu ilə daha bir söz-söhbətin əsasını qoyub. Belə ki, mövzusu məşhurların həyatını özü üçün nümunə seçən insanların müzakirəsinə həsr edilən verilişin qonaqları sırasında xalq artisti Zümrüd Məmmədova ilə yanaşı, şair və jurnalistlər də təşrif buyurublar.

 

Sara Səfurə adlı xanım jurnalistin indiki gənclərin yerli məşhurlara bənzəmək istəyi haqda söylədikləri studiyadakıları çox təəccübləndirib:

 

"Mən bir neçə il bundan öncə uşaqlar haqqda 4 kitab yazdım. Onun üçün məcbur idim ki, oturub tək-tək uşaqlarla söhbətləşim. Bizim uşaqlar Aygün Kazımovaya, Rəqsanəyə oxşamaq istəyir. Səbəbini soruşanda bahalı maşınını, geyimini, evini misal göstərirlər. Deyirəm ki, "Siz heç bilirsinizmi o pullar necə qazanılır?!” Maraqlısı burasındadır ki, valideyinləri də razıdırlar övladları həmin məşhurlara bənzəsin, onların getdiyi yolu getsin”.

 

Jurnalist xanımın bu sözlərindən qəzəblənən şair Əziz Musa olduqca sərt reaksiyası ilə diqqət çəkib:

 

"Heç bir valideyin istəməz ki, onun övladı Aygün, Röya olsun. Hansından soruşursan kosmonavat, mühəndis olmaq istədiyini deyir. Onlar özləri özlərini biabır edir. Bəlkə, xalq heç bilmir onların həyatında nə var, nə yox, özləri açıb hər şeyi danışırlar. Belə insanlara hansı uşaq, gənc oxşamaq istəyər ki?!”

(milli az)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!