20 il əvvəl izlədiyimiz serial qəhrəmanları indi hardadır? - fotolar

20 il əvvəl izlədiyimiz serial qəhrəmanları indi hardadır? - fotolar
Xəbərlər
10.09.2017 283
Bir vaxtlar onlar ailəmizin ən doğma üzvlərinə çevrilmişdilər. Qızlar özlərini onlara bənzədir, onlar kimi geyinib-bəzənir, analar onların bədbəxt taleyinə görə göz yaşı axıdırdı.
Söhbət Sovet hökuməti dağılandan sonra bir anda mavi ekranlara hakim kəsilən, evlərimizə dəvətsiz soxulan Latın Amerika seriallarının baş qəhrəmanlarından gedir - Nataliya Oreyro, Veronika Kastro, Viktoriya Ruffo və digərlərindən.  Görəsən, onlar indi hardadılar, nə işlə məşğul olurlar?
"Kölə İzaura"- Luseliya Santos
Seriala çəkiləndən sonra uzun müddət Latın Amerikasının seks simvolu olan braziliyalı aktrisa hazırda  sənədli film rejissoru və prodüseri kimi fəaliyyət göstərir. Dirijor Con Neşlinqlə evlidir və Pedro Neşlinq adlı bir oğlu var. Pedro da anasının peşəsini seçib və aktyorluqla məşğuldur.
"Sadəcə Mariya"- Viktoriya Ruffo
Viktoriya elə "Sadəcə Mariya" serialının çəkiliş meydançasında tərəf müqabili Silviya Derbesin oğlu Euxenioya aşiq olur və ərə gedir. Cəmi beş il çəkən bu evlilikdən Xose Eduardo və Migel adlı iki oğlu var.
2001-ci ildə aktrisa Ömər Fayyad adlı meksikalı siyasətçi ilə ailə qurur və Anuarla Viktoriya adlı əkizləri dünyaya gətirir.
Hazırda Viktoriya Ruffo Latın Amerikasının ən bahalı serial aktrisalarından biri sayılır.
"Varlılar da ağlayır" və "Yabanı qızılgül"- Veronika Kastro
Latın Amerikasının ən məşhur aktrisalarından biri olan Veronika Kastro sənətə yenicə qədəm basdığı illərdə tanış olduğu meksikalı yumor ustası Manuel Valdeslə vətəndaş nikahında yaşayır və artıq 20 ilə yaxındır davam edən münasibətlərini rəsmiləşdirməyə tələsmir. Cütlüyün  Kristian və Mişel adlı iki oğlu var. Kristian Meksikada məşhur müğənni və bəstəkardır.
"Mənim ikinci anam"- Mariya Sorte
Meksikanın daha bir populyar serial aktrisası Mariya Sorte üç il əvvəl sevdiyi insanı xərçəngə qurban verib. Siyasətçi Xavyer Qarsiya Paniaqua Mariyanın yeganə sevgilisi olub. Cütlük 22 il vətəndaş nikahında yaşayıb. Xavyerin ölümündən sonra aktrisa dinə aludə olub və çox dəyişib. Hazırda o, sevgi, sədaqət və dostluqdan bəhs edən tamaşalarla Meksikanı gəzir.
"Vəhşi Mələk"- Nataliya Oreyro
"Vəhşi mələk" seialında oynadığı rolla milyonların sevgisini qazanmış Nataliya Oreyro mayın 19-da 37 yaşını qeyd edib.
Həm müğənni, həm də aktrisa kimi fəaliyyətini davam etdirən Nataliya iki il əvvəl ana olub. Rok ifaçısı Rikardo Molyo ilə ailə qurmuş "vəhşi mələk", özünü  əvvəlcə ana, daha sonra isə aktrisa və müğənni hesab edir.

 

 

 

 

 

 

 

 

 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!