"Şokdayam, axı, hamilə olmamışam"

Xəbərlər
10.09.2017 17
Yerli mətbuatda xəbər yayılıb ki, azərbaycanlı voleybolçu Valeriya Korotenko bətnindəki körpəsini itirib. Ancaq bu məlumat həqiqəti əks etdirmir.

Bu barədə açıqlamasında Valeriya özü bildirib.

"Bu məlumatdan şok olmuşdum. Mən heç bilmirdim, həyat yoldaşım zəng vurdu, dedi. Bu gün yoldaşımın, valideynlərimin və dostlarımın telefonları susmayıb. Onlar heyrətləniblər və narahat olublar. Axı hadisələrin əsl mahiyyətini bilirlər", - o əlavə edib.

Voleybolçu xanım bildirib ki, artıq uzun illərdir ki, ailə qurub. Ancaq ana olmaq hələ ona qismət olmayıb.

"Hər bir qadın kimi mən də övlad arzusundayam. Hələ ana olmaq xoşbəxtliyi mənim qapımı döyməyib. Ancaq hər şey irəlidədir. Əgər hamilə olmamışamsa, övladımı necə itirə bilərəm? Bu xəbər məni özümdən çıxardı. Hamıya demək istəyirəm ki, mənim şəxsi həyatım toxunulmazdır. Mənim həyatımda baş verənlərin heç kimə dəxli yoxdur. Hamilə olmağım, övlad sahibi olmağım yalnız mənə və ailəmə aiddir. Heç kimə icazə vermərəm ki, mənim şəxsi həyatımı müzakirə mövzusuna çevirsin. Başa düşmürəm ki, bu xəbər haradan çıxıb. İdmançı karyeram ərzində ilk dəfədir ki, belə hadisə baş verir", - o qeyd edib.
(day az)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!