Elçindən qızı olduğunu deyən qadından açıqlama - Video

Elçindən qızı olduğunu deyən qadından açıqlama - Video
Xəbərlər
10.09.2017 14
Müğənni Elçin Cəfərovun nikahdankənar övladının olması ilə bağlı xəbərlər son günlər gündəmdən düşmür.

Qadınlar.biz in məlumatına görə, özünü sənətçinin keçmiş sevgilisi kimi təqdim edən Həsrət Nəcimzadə "Şou+” verilişinin qonağı olub.

H.Nəcimzadə Elçinlə münasibətləri haqda bunları danışıb:

"Mən restoran işlədirdim. Elçinlə orada tanış olmuşduq. "20 Yanvar" metrostansiyasının yaxınlığında kirayədə qalırdıq. İnternetdə yayılan fotonu da evdə çəkmişdim. Birinci hamiləliyimdə uşağı istəyirdi. Deyirdi, oğlumuz olsun, atamın adını qoyacam - İsvər. Amma alınmadı. İkinci hamiləliyimdə isə qız istəyirdi, nənəsi Humayın adını verəcəyini deyirdi. Mən də qızıma elə həmin adı qoydum. Elçinin uşaqdan xəbəri var idi. O dünyaya gələndə Elçini Türkiyəyə apardılar ki, gəlib görməsin. Hətta valideynlərinin də hamiləliyimdən xəbəri var idi, anası ilə danışmışdım. Deyirdi, oğlumun ürəyi zəifdir, xəstədir, bilmirəm, necə edim. Uşağa soyadını da vermədi. Sənəd alanda onun razılığı ilə "Elçin qızı" soyadını yazdırdım. Qardaşı tez-tez bizə gəlirdi, Elçin uşağa pul göndərirdi. İnternetdə yayılan şəkil Elçinin ən zəif yeri idi. Həmişə deyirdi ki, onu internetdə paylaşma. Xəbər yayılandan sonra zəng etdi, götürmədim. Mesaj yazdı ki, cəhənnəm ol. Sonra Azər Şirin zəng edib "Elçinin vəziyyəti pisdir" dedi. Ondan heç nə istəmirəm, bircə uşağa soyadını versin. Alimenti də lazım deyil. Özü kirayədə yaşayır, problemləri var, onu həll etsin”.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!