"Özünü hamiləliklə reklam edənlərdən deyiləm"

Xəbərlər
10.09.2017 9
Müğənni Günel Ələkbərova ana olmağa hazırlaşdığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qadınlar.Biz xəbər verir ki, sənətçi qərar verdiyini və bundan sonra şəxsi həyatını mediadan uzaq tutacağını deyib. O, "hamilə olmağınız barədə xəbər düzdürmü” sualına belə cavab verib:



"Bir dəfə ailə qurmağımla bağlı böyük qalmaqal yaşandı. İnsanlar saxta toy edəcəyimi dedilər. Çıxarıb rəsmi sənədləri göstərəndən sonra hamı susdu. Həmin hadisədən sonra qərara gəldim ki, şəxsi həyatımı gündəmdən uzaq tutum. Neçə vaxtdır, ana olmağa hazırlaşdığım barədə xəbər gəzir. Bu barədə danışmayacam.



Çünki insanların fikri məni maraqlandırmır. Ətrafımda gəzən "rəsmi, ya da qeyri-rəsmi yolla uşaq dünyaya gətirəcək" tipli sözlərə əhəmiyyət vermirəm. Məni yalnız ailəmin fikri maraqlandırır. Özünü hamiləliklə reklam edənlərdən deyiləm, olmaq da istəmirəm. İnsan bu cür halları gözə soxmamalıdır. Hər bir qadının arzusudur ana olmaq. Gündəmdən uzaqlaşmağımın səbəbinə gəldikdə isə... Mən dincəlmək istəyirəm”.

(axsam az)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!