Aygün : "7 il bir yastığa baş qoyduq, məni aldatdı"

Aygün :
Xəbərlər
10.09.2017 8
Qadınlar.Biz xəbər verir ki, APA TV-də qonaq olan müğənni sənətindən və bu günəcən nələri necə etdiyindən danışıb. İlk öncə sənətdən danışan xalq artistinə daha sonra aparıcılar Namiq Qaraçuxurlu barədə suallar veriblər.



Bundan öncə Namiq haqda bu cür danışmayan müğənni ilginc açıqlamalar verib.



"Əvvəllər mən elə bilirdim ki, meyxana aləmindəki insanlar tində duran, nəşə çəkən və tüfeyli həyat sürən adamlardır. Ancaq Namiqlə tanış olduqdan sonra bu cür fikirlər dəyişdi və hətta meyxana Kreml sarayında səsləndi".



Müğənniyə Namiqlə yadda qalan nə olduğunu sual verdikdə Aygün Kazımova bu sözləri deyib:



"Yadda qalan əsas mahnılarımız, böyük sevgimiz olub. Hər halda az bir zaman deyil. Biz onunla 7 il bərabər yaşamışıq, bir yastığa baş qoymuşuq. Ancaq hansısa məqamları yada salanda, gözümün önündən keçirdikdə insana çox pis təsir edir.



Bir də onu qeyd etmək istəyirəm ki, bu insan məni dəfələrlə aldadıb. Mən düşünürdüm ki, Namiq mənim həyatımda son kişidir, hansı ki, onunla ömür boyu bir yerdə olacam, ancaq bu belə olmadı".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!