Zaurla Ramal arasında qalmaqal: “Sənətçilərə hörmətlə yanaş!”

Zaurla Ramal arasında qalmaqal: “Sənətçilərə hörmətlə yanaş!”
Xəbərlər
10.09.2017 23
Bu gün "Xəzər” telekanalında yayımlanan "5/5” verilişinə müğənni-bəstəkar Ramal İsrafilov qonaq olub.



Qadınlar.Biz-in məlumatına görə, aparıcı Zaur Kamalın efirə gecikən sənətçini təqdim edərkən dediyi "bu bilmir ki, 5-də efirdi? Yoxsa şanlı-şöhrətli müğənnilər kimi düşünür ki, axırda gəlmək yaxşıdır? Ona deyin, gələndə eynəyini çıxarsın” sözləri qarşı tərəfi əsəbləşdirib. Onun növbəti "Niyə efirə gecikirsən” sualına Ramal sərt cavab verib:



"Lazım olanda gecikmək yaxşıdır. Həmişə deyirəm ki, Zaurun verilişinə getməyəcəm, amma dostum olduğun üçün hərdən imtina edə bilmirəm. Dəxilli, dəxilsiz iynələr atırsan. Sənətçilərə hörmətlə yanaş. İki-üç dəfə qonağın olmuşam, müğənniləri təqdim etməyin xoşuma gəlmir”.



Zaur Kamal isə Ramala "Bilirsən, sənə hörmətim var. Ona görə də dəvət edirəm. Sözümü isə üzə deyirəm. İnciyən incisin, inciməyən isə qəbul etsin” deyə cavab verib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!