Günay Musayeva iblisdir

Günay Musayeva iblisdir
Xəbərlər
10.09.2017 37
"Əraf”, "Cənnət”, "Cəhənnəm 3D”, "Mənə bir soyğun yaz”, "Pəri nağılı", "Mələklərin möcizəsi” kino filmlərinin, "Qazi”, "Sübut” seriallarının və 100-dən çox klipin rejissorluğunu etmiş məşhur Biray Dalkıran yeni layihəsi üçün Azərbaycandadır. Bakıda çəkilişlərə başlayan rejissor azərbaycanlı klipmeyker və prodüser Zoriklə (Zöhrab Ağayev) iş ortağı olacaq.
Artıq türkiyəli rejissor üçün Bakıda qaldığı müddətdə kirayə ev axtarıldığı da söylənilir.
Bu barədə açqılama verən klipmeyker Zorik bildirib ki, onların birgə işbirliyi Hüseyn Cavidin "İblis” monoloqu üzərində olacaq. Mini kino çəkiləcəyini söyləyən rejissor filmdə model Günay Musayeva çəkiləcək. Günay filmdə iblis (şeytan) rolunu ifa edəcək. Çəkilişlər həm bakı, həm İstanbulda aparılacaq. Artıq bu barədə türkiyə mətbuatında da xəbərlər dərc olunub.
Türkiyəli rejissorun son işlərindən biri Petek Dinçözün "Kolay gəlsin” mahnısına çəkdiyi klipdir.


 
 
 
 
 скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!