"Daha evlənməyəcəm, çünki..." - Aygün

Xəbərlər
10.09.2017 4
Xalq artisti Aygün Kazımova Türkiyənin "Habertürk”  qəzetinə müsahibə verib.

Aygün Kazımova estetik əməliyyata sadəcə baxımlı olmaq kimi yanaşdığını və qadınlara da bunu məsləhət gördüyünü deyib:

"Hər zaman riskli əməliyyatlara girirəm. Hətta keçirdiyim əməliyyatların sayını belə unutmuşam. Sinəmi böyütdürdüm. Daha sonra fikrimi dəyişib kiçiltdim. Burun əməliyyatı etdirmişəm, çünki həndbolla məşğul olduğumçun tez-tez top burnuma dəyirdi. Bundan başqa, yağ aldırma əməliyyatlarına da girmişəm”.



Azərbaycan şou-biznesindən danışan ulduz özünü bu sahənin banisi kimi qələmə verib:

"Azərbaycan şou-biznesini mən qurdum. Azərbaycanda pop musiqisinin inkişafında ən çox mənim rolum var. Türkiyədə də hansısa proqrama getdikdə məni hörmətlə qarşılayırlar”.



Şəxsi həyatından da söz açan Aygün Kazımova daha evlənməyəcəyini açıqlayıb:

"Həqiqi sevgini tapa bilmədim.  Amma tapsam da, daha evlənməyəcəyəm. Çünki münasibətlərim karyerama mənfi təsir göstərir. İşlərimə müdaxil edib, məni qısqanırlar. Səhnədə açıq-saçıq geyinirəm. Amma onlar buna etiraz edirlər. Mənim işlərimə qarışdıqda xoşbəxt olmuram. Bu səbəbdən istəyirəm ki, onlar məni sevsinlər, mən onları sevməyim”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!