Brilliant Dadaşovaya avtomobili ermənilər veriblər? - FOTO

Brilliant Dadaşovaya avtomobili ermənilər veriblər? - FOTO
Xəbərlər
10.09.2017 59
Xalq artisti Brilliant Dadaşovaya Amerika Birləşmiş Ştatlarında "Big Apple Music Awards” mükafatını ermənilər veriblər. Mükafatı təsis etmiş qurumun idarə heyətinin sədri erməni Hakop Boyadjan, digər 2 üzv də əslən erməni – Sergey Hakopyan və Eduard Nazaryandır.
Məsələylə bağlı B.Dadaşova lent.az-a açıqlama verib: "Bunu ilk dəfə sizdən eşidirəm. Birincisi, ermənilər hər yerdə var. Məni Amerika dəvət edib. Nə etməliyəm? Genlərini yoxlamalıyam? Məni həmin mükafata təşkilatçı Zarina Usubova adlı xanım dəvət etmişdi. Bir də bu məsələdə nəsə problem görmürəm. Bilirdim ki, bu mükafata bir mız qoyacaqlar. Bu, əslində bizim musiqimizin uğurudur. Baxın, ermənilər bizim musiqini qiymətləndirirlər. Məncə, burada qəbahət bir iş yoxdur. Qaldı ki, ermənilərin mənə mükafat verməsinə, onların rəhbərlərinin erməni olmasından bixəbərəm”.

Qeyd edək ki, B.Dadaşova "Big Apple Music Awards” mükafatına "Dünya musiqisinə verdiyi töhfələrə" görə təltif olunub.

 

 

 

 

 

 

 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!