"Hörməti saxlayaq, yoxsa elə danışaram ki..." - Zaurdan Rozaya

Xəbərlər
10.09.2017 50
"Xəzər” telekanalının aparıcısı Zaur Kamal şou xatirinə çalışmadığını deyib.
Aparıcı "5/5” verilişində digər həmkarlarından fərqləndiyini bildirib:
"Mən şou yaratmaq xatirinə yerə yıxılan aparıcılardan deyiləm. O dəfə efirdə ayağım büdrədi, narahat oldum ki, indi yazacaqlar Zaur yıxıldı, şou elədi. Verilişimə ürəyim istəyən məşhuru dəvət edirəm. Bəziləri qaça-qaça gəlir, bəziləri isə hörmət etdiyi üçün etiraz etmir. Aparıcı reytinq, şou xatirinə nəsə etməməlidir. Hər şeyi olduğu kimi deyirəm. Səmimiyyət verilişi daha da baxımlı edir. "5/5” verilişim də reytinqlidir. Əvvəl hamı "Ay Zaur” kimi tanıyırdı, indi "5/5” deyə çağırırlar. Bir müğənni var, haqqımda açıqlama verib. Burdan ona demək istəyirəm ki, hörməti saxlayaq. Yoxsa  elə danışaram ki, hörmət də yox olar”.
Qeyd edək ki, Zaurun efirdə "Roza Zərgərli pulla məşhurlaşıb” sözlərinə qarşı tərəf sərt reaksiya vermişdi. Müğənni "Zaurun pula ehtiyacı varsa, mən ona əl borcu yox, hədiyyə pul verərəm. Kişi qadın haqqında danışmaz. Çox mədəniyyətsiz təqdimat idi” deyib.
(axsam az)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!