Günay: “Gəl artıq, ürəyi gözəl...”

Günay: “Gəl artıq, ürəyi gözəl...”
Xəbərlər
10.09.2017 33
Türkiyədə yaşayan model Günay Musayevanın "Survivor” yarışmasında olan həyat yoldaşı, aktyor Tolqa Karel dünən oyunu tərk edib.
Oyundan çıxması üçün adı ən çox yazılan Tolqa səs toplaya bilməyib.
"Survivor”la vidalaşan aktyor "Yarışmanın sonuna az qaldı. Hər kəsə uğurlar arzulayıram. Burda ac qaldım, çətin anlar gördüm. Tamamilə fərqli insan oldum. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Çıxmağa hazıram, hətta həyəcanlandım. Çox xoş hisslərlə yarışmadan ayrılıram” deyib.
Günay Musayeva isə həyat yoldaşı ilə bağlı fikirlərini İnstaqram səhifəsində yazıb:
"Gəl artıq, oğlun sənin üçün darıxır. Çox üzüldün, yoruldun... Səni tanıyıram, bilirəm ki, bu zamana qədər orda qalmağın belə bir möcüzədir. Bu qədər bəsdir, qayıt. Həm o gün söz verdin ki, tezliklə geri qayıdacaqsan. Gecikdin, ürəyi gözəl insan”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!