Ebru Gündeş şayiələrə son qoydu

Ebru Gündeş şayiələrə son qoydu
Xəbərlər
10.09.2017 24
Türkiyəli müğənni Ebru Gündeşin atası Rəmzi Gündeşin, qızının onu atması və səfil həyat yaşaması ilə bağlı mediada yayılan açıqlamalarına müğənni tərəfindən aydınlıq gətirilib.
Qadınlar.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəmzi Gündeşin öz dükanında yoxsul vəziyyətdə yaşaması, illərdir qızının onu axtarmaması ilə bağlı dedikləri həqiqətə uyğun deyil. Belə ki, içki ucbatından atasının yaddaşının zəiflədiyini deyən Ebru Gündeş "ona göndərdiyim pulların çekləri var məndə. Bu cür ittihamlarla qarşılaşacağımı bildiyim üçün onları saxlamışam. O qədər unutqandır ki, hətta görüşərkən məni çətinliklə tanıyır” söyləyib.
Məlumata görə, Gündeş Bakırköy adlanan yerdə atasına ev alsa da, onun "ev istəmirəm, mənə maşın al, o evdə qalmaram, mağazamda daha xoşbəxtəm” dediyi ortaya çıxıb.
Gündeş hətta bir neçə il əvvəl içki düşkünü olan atasını müalicə etdirmək üçün xəstəxanaya da aparıb, lakin heç bir nəticə əldə olunmayıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!